Azərbaycanda qış fəsli üçün mövsümü proqnoz tərtib olunmuşdur
Bakı, 3 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamenti tərəfindən Azərbaycanda 2012-2013-cü ilin qış fəsli üçün mövsümü proqnoz tərtib olunmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, çoxillik statistik meteorоloji məlumatların təhlilinə görə, ölkəmizdə 2012-2013-cü ilin qış fəslində havanın temperaturunun iqlim norması daxilində və iqlim normasından bir qədər yüksək olacağı ehtimal olunur.
Dekabr ayının birinci ongünlüyündə temperaturun iqlim normasından 2-3 dərəcə yüksək olacağı, ikinci və üçüncü ongünlüyündə isə əsasən norma daxilində tərəddüd edəcəyi gözlənilir.
Ümumiyyətlə Azərbaycanda qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi gözlənilir. Yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]