Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda söz azadlığı imkanları boğulmur, əksinə genişlənir

Azərbaycanda söz azadlığı imkanları boğulmur, əksinə genişlənir

Vaşinqton, 22 fevral (AZƏRTAC). Fevralın 21-də “Azadlıq” radiosunun Vaşinqton ofisində “Azərbaycanda araşdırma jurnalistikası” mövzusunda brifinq keçirilmişdir.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin moderatorluq etdiyi brifinqdə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin reportyoru Nüşabə Fətullayeva, Beynəlxalq Jurnalistika Mərkəzinin proqramlar müşaviri Hans Stayger və müzakirələrə Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan qatılan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya üzrə Araşdırmaların Aparılması Layihəsinin redaktoru Drü Sallivan çıxış etmişlər.

Panel iştirakçıları araşdırma jurnalistikasının, korrupsiyanın üzə çıxarılmasının əhəmiyyəti, söz azadlığının boğulması elementləri barədə öz nöqteyi-nəzərlərini bildirmişlər. “Azadlıq” radiosu və bəzi hüquq müdafiə təşkilatları üçün ənənəvi tərzdə mətbuat azadlığının boğulması ilə bağlı Azərbaycan hökumətinin ünvanına ittihamlar səslənmişdir.

AZƏRTAC-ın xüsusi müxbiri informasiyanın təqdim olunmasında və yayılmasında, xüsusən, əlçatanlığına və istifadəsinə görə Azərbaycanda ənənəvi mətbuatı geridə qoyan sosial şəbəkələrdə internetin rolunun əhəmiyyəti və imkanları barədə sual vermiş və internetin “Azadlıq” radiosu kimi təşkilatlara və bütövlükdə müxalifətə nə dərəcədə geniş platforma yaratması barədə maraqlanmışdır. Cavablar internetin əhəmiyyət daşımaması və televiziya kanallarının üstünlüyü barədə arqumentlərin gətirilməsi ilə yekunlaşmışdır.

Mətbuat azadlığının boğulmasında kimsə ittiham olunursa, onda Azərbaycanda əhalinin 65 faizindən çoxunun istifadə etdiyi azad və senzurasız internetdən nə üçün danışılmır?! Yəni, informasiyalar və xəbərlər tamamilə əlyetərli olmasaydı, onda informasiyanın yayılmasına qadağa qoyulması və mətbuat azadlığının boğulması barədə mühakimə yürütmək olardı. Azərbaycan hökuməti azad medianı təkidlə və qərəzlə boğmaq istəsəydi, Azərbaycan vətəndaşlarının internetdən sərbəst istifadə etmək imkanlarını genişləndirməzdi. Əksinə, Azərbaycan Prezidenti İlham Əliyev son illər telekommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin təşəbbüskarı olmuş, ölkədə azad mətbuatın inkişafına və informasiyadan istifadənin genişləndirilməsinə öz töhfəsini vermişdir. Azərbaycan ötən ilin fevralında “Azerspace/Africasat-1a” birinci telekommunikasiya peykini orbitə çıxarmış və yaxın illərdə daha iki peyki orbitə çıxarmağa hazırlaşır. Bu, Azərbaycana gələcəkdə telekommunikasiya layihələrinin mərkəzi olmaq, ölkənin nüfuzunu qaldırmaq, daxili bazarda internetin və digər kommunikasiyaların qiymətlərini ucuzlaşdırmaq, Azərbaycan vətəndaşının imkanlarını, o cümlədən istər respublikada, istərsə də onun hüdudlarından kənarda müxtəlif informasiyalardan istifadə imkanlarını genişləndirmək fürsəti verəcəkdir.

Belə olan halda bəs nə üçün bəzi beynəlxalq təşkilatlar vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya Azərbaycan hökuməti informasiyadan istifadəni və onun yayılmasını məhdudlaşdırır?! Respublikada minlərlə bloqqer, vikipediyaçı, forumçu və sosial şəbəkələrinin milyonlarla, o cümlədən “Facebook”un 1,2 milyondan çox istifadəçisi vardır. Təkcə “Facebook”da yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağ münaqişəsindən tutmuş xırda məişət məsələlərinədək müxtəlif növ problemləri müzakirə edir. Bloqqerlər ictimai diskussiyalar və fikir mübadiləsi aparmaq üçün özlərinin “informasiya kanallarını” yaradırlar. Bəli, televiziya və radionun mövcud olması əhəmiyyətlidir, qloballaşma qarşılıqlı informasiya mübadiləsinin ənənəvi növlərini yavaş-yavaş arxa plana keçirir, internet isə əksinə, irəli çıxır. Biz elə bir dünyada yaşayırıq ki, “Washington Post” kimi mötəbər bir qəzet pullarını məhz internet vasitəsilə qazanan “Amazon”a cəmi 250 milyon dollara satılıb. Çünki ənənəvi mətbuatın populyarlığı itir, qəzet abunəçilərinin sayı isə durmadan azalır. Biz elə bir dünyada yaşayırıq ki, burada hələ 2005-ci ildə işə salınmış siyasi yönümlü “The Huffington Post” elektron bloqu dövriyyəsi 100 milyon dollar olan informasiya portalına və multimilyonluq biznesə çevrilib. İnternetin imkanları hüdudsuzdur və əlçatan, azad internetdə söz azadlığı məhdudlaşdırıla bilməz. Yəni, Azərbaycanda əhalinin 65 faizi (bu isə 6 milyon 45 min vətəndaş deməkdir) internetdən istifadə edirsə, ölkədə söz azadlığının boğulmasından danışmaq olarmı?! Hökumət vətəndaşların, xüsusən, gənclərin informasiyadan sərbəst istifadə etməsinin əleyhinədirsə, onda peyklər buraxmaq və kommunikasiyaların imkanlarını genişləndirmək Azərbaycan Prezidentinin nəyinə gərəkdir?! Məntiqsizlik yaranır. Prezident İlham Əliyev 2013-cü ili İnformasiya-Kommunikasiya Texnologiyaları İli elan etmişdi. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASIM) layihəsi işə salınmışdı.

İnternet azadlığı, heç şübhəsiz, imkanları genişləndirir, istər müxalifətə, istərsə də müxalifət qəzetlərinə platforma verir. Tədbirin keçirildiyi “Azadlıq” radiosu eynitipli təşkilatlarla bərabər, öz informasiyasını alternativ auditoriyaya çatdırmaq üçün “Youtube” kanalından, öz saytından və sosial şəbəkələrdən maneəsiz istifadə edir. Bəs hanı söz azadlığının boğulması?!

Maraqlıdır ki, AZƏRTAC-ın xüsusi müxbirinin sualına cavab verən Drü Sallivan bildirmişdir ki, internetdə yalan informasiya da tapmaq olur. Bəli, internetdə yalan informasiya çoxdur, lakin belə informasiya televiziyada da çoxdur. İstər televiziyada, istərsə də mətbuat və internetdə olsun, etibarlı informasiya vaxt gələndə yüksək nüfuz qazanır və böyük auditoriya toplayır.

Acınacaqlı haldır ki, Azərbaycana qarşı ittihamlar irəli sürən “Azadlıq” radiosu Azərbaycanı müntəzəm olaraq qərəzli şəkildə tənqid edən “Freedom House” kimi təşkilatın hesabatına istinad edir. “Freedom House” məhz o təşkilatdır ki, bir tərəfdən Azərbaycanı “azad olmayan” dövlət adlandırır, eyni zamanda, öz əməkdaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə göndərərək, Azərbaycanın zəbt edilmiş torpaqlarında mövcud olan qondarma rejimi və onun Ermənistandakı ağalarını “yarımazad” elan edir. 25 min azərbaycanlının qanı, evindən-eşiyindən didərgin salınmış 1 milyondan çox region sakininin fəlakəti üzərində qurulmuş həmin qurumun “yarımazad” olmasından necə danışmaq olar?! Azadlıq yüz minlərlə insanı ata-baba yurdundan zorla qovub çıxarmaq, fundamental hüquq və azadlıqları kobud şəkildə pozmaqdırmı?! Ermənistanda vətəndaşların paytaxt küçələrində güllələndiyi bir vaxtda bu ölkənin “yarımazad”, Azərbaycanın isə “azad olmamasından” necə danışmaq olar?!

Tənqidə və ittihamlara baxmayaraq, Azərbaycan inkişaf edir və edəcəkdir. Brifinq iştirakçılarından birinin qeyd etdiyi kimi, Azərbaycan özünün problemləri olan gənc dövlətdir. Lakin hansı dövlətdə problemlər yoxdur?! ABŞ Prezidenti Barak Obamanın bu ilin yanvarında “Ölkədə vəziyyət haqqında” ənənəvi müraciətində dediyi sözlər yada düşür: “Bizim azadlığımız, bizim demokratiya heç vaxt bizə asanlıqla başa gəlməyib. Bəzən geri çəkilirik; səhvlərə yol veririk; məyus oluruq və ya ruhdan düşürük. Lakin yaratmaq, qurmaq və hər bir insanın imkanlarını genişləndirmək üçün biz iki yüz ildən çoxdur ki, bütün bunları bir kənara qoyub tərəqqinin çarxını birgə səylərlə hərəkətə gətiririk ki, banilərimizin kağız üzərində yazdıqları sözləri hər bir vətəndaş üçün reallığa çevrilsin”. Əgər ABŞ iki yüz ildən çox müddət ərzində tam demokratiyaya və azadlıqlara nail olmayıbsa, Amerika hələ də səhvlərə yol verirsə, deməli, bu, hər hansı digər ölkədə, o cümlədən inkişaf etməkdə olan Azərbaycanda da mümkündür.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb