Azərbaycanda turizm mövsümü başlamışdır
Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycanda turizm mövsümü açıq elan olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi bununla əlaqədar iyunun 17-də “Ramada” hotelində mərasim təşkil etmişdir.
Xarici ölkə səfirlikləri və turizm şirkətləri nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin imkanları və inkişaf perspektivləri barədə məlumat vermişdir. Bildirmişdir ki, ölkəmizdə turizm mövsümü ənənəvi olaraq iyunun ortalarından başlayır. Ötən il 200 mindən artıq Azərbaycan vətəndaşı bölgələrdə istirahət etmişdir. İndi Azərbaycanın istirahət zonalarında qiymətlər ötən ilə nisbətən 8-15 faiz aşağı düşmüşdür. Respublikada bu il 6 beşulduzlu hotelin açılması gözlənilir.
Bütün bunlar, eləcə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər xarici turistlərin cəlb olunmasında mühüm rol oynayır. Turizm sənayesində kadr hazırlamaq üçün 3 yeni təhsil mərkəzinin yaradılacağını bildirən nazir demişdir ki, gələn il Bakıda “Eurovision” mahnı yarışmasının keçirilməsi də qarşımızda ciddi vəzifələr qoyur. Bu münasibətlə ölkəmizə gələn qonaqları qarşılamağa və Azərbaycanın təbii gözəllikləri ilə tanış etməyə hazır olmalıyıq.
Nazir Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin də turizmə əvəzsiz töhfələr verəcəyindən danışmış və qonaqların ölkəmizin görməli yerlərindən və müalicə sanatoriyalarından xoş əhval-ruhiyyə ilə qayıdacaqlarına əminliyini bildirmişdir.
Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]