Azərbaycanda yeni milli parkların yaradılması ilə bağlı işlərə başlanılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycanda yeni milli parkların yaradılması, mövcud qoruqlara milli park statusunun verilməsi nəzərdə tutulub. Bu istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlərin görülməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Xidmət rəisi bildirib ki, burada əsas məqsəd uzun müddət qoruq statusu olmuş, qapalı ekosistemə sahib olan ərazilərə vətəndaşların, turistlərin səfərinin təşkil olunmasıdır: “Beynəlxalq təcrübə də onu göstərir ki, müəyyən ərazilərin konservativ olaraq saxlanılması, onlara vətəndaşların əlçatanlığının təmin olunması müsbət amildir. Bu, həm iqtisadi, həm də ərazilərin tanıdılması baxımdan səmərəli yanaşmadır”.
F.Əliyev, həmçinin geoloji parkların yaradılması məsələsinə də toxunaraq deyib: “Qobustanda palçıq vulkanlarının olduğu ərazilərdə geoloji parkların yaradılması nəzərdə tutulub. Bu istiqamətdə işlər davam etdirilir. Qeyd etmək istərdim ki, geoloji parkların Palçıq Vulkanları qrupu Dövlət Təbiət Qoruğunun bazasında yaradılması planlaşdırılmır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]