“AZƏRBAYCANDA YUVENAL ƏDLİYYƏNİN İNKİŞAFI” MÖVZUSUNDA TƏLİM KURSLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Zuğulbadakı “Gənclik” Beynəlxalq Turizm Mərkəzində “Azərbaycanda yuvenal ədliyyənin inkişafı” mövzusunda təlim kursları keçirilmişdir. Kurslar Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, ATƏT-in Bakı ofisi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmişdir. Tədbirdə respublikamızda yuvenal ədliyyə sisteminin yaradılması və inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Kurslarda yuvenal ədliyyəyə dair Ər-Riyad prinsipləri, Pekin və Havana qaydaları, beynəlxalq və milli qanunvericilik aktları nəzərdən keçirilmişdir.