Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanı dünyada turizm diyarı kimi təbliğ etməliyik

Azərbaycanı dünyada turizm diyarı kimi təbliğ etməliyik Bakı, 6 sentyabr (AZƏRTAC. Gözəl Ağayeva). Zəngin tarixi, mədəni irsi və əlverişli təbii şəraiti olan respublikamız iqtisadiyyatın digər sahələrində olduğu kimi, turizm sahəsində də nailiyyətlər qazanır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə turizmin inkişafına xüsusi diqqət yetirilir. Son 10 ildə ölkə rəhbərliyi tərəfindən bu sahəyə diqqət və qayğı milli turizm kompleksinin nəinki rəqabətə davamlılığını yüksəldib, onu dünyada öncüllər sırasına çıxarıb. Təsadüfi deyil ki, 2011-ci il ölkəmizdə “Turizm ili” olub. Artıq bir ildir ki, Azərbaycan Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının üzvüdür.

Ölkəmizə xarici turist axınının yüksəlişi, bölgələrdə daxili turizmin inkişafı, respublikamızın turizmlə bağlı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi müvafiq qurumların üzərinə daha böyük məsuliyyət qoyur. Bu baxımdan Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırovun AZƏRTAC-a müsahibəsini çoxsaylı oxucularımızla bölüşürük.

- Nahid müəllim, AzTA 2010-2014-cü illərdə ölkəmizdə turizmin inkişafına dair Dövlət proqramının icrası ilə bağlı hansı işləri görüb?

- İlk növbədə qeyd etmək istərdim ki, bir ictimai təşkilat kimi AzTA bu proqramın hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edib. Təşkilat otel biznesində peşəkar kadrların hazırlığı üçün Amerikanın Qonaqpərvərlik İnstitutu (AHLEİ) ilə əməkdaşlıq çərçivəsində və müqavilə əsasında bu işi həyata keçirib. Bildiyiniz kimi, son illər Azərbaycanın bir sıra şəhərlərində, xüsusilə Bakıda 5 ulduzlu brend otellər istifadəyə verilib və bu əməkdaşlıq günün vacib tələbi idi.

AzTA-nın dəstəyi ilə bir çox turizm şirkətləri beynəlxalq və respublika səviyyəsində sərgilərdə respublikamızı yüksək səviyyədə təmsil ediblər. Təşkilatın təşəbbüsü ilə ölkə daxilində və xaricində keçirilən infoturlar vasitəsilə ölkəmizin turizm potensialı təbliğ və təşviq olunub.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində ekskursiya bələdçilərini hazırlayır və 2015-ci ildə ilk Avropa oyunlarına hazırlıqla əlaqədar bu iş davam edir. Bundan əlavə, nazirlik ilə birgə turizm obyektlərində xidmət səviyyəsini yüksəltmək üçün keçirilən monitorinqlərdə fəal iştirak edirik.

2011-ci il - “Turizm ili”nin tədbirlər planının hazırlanmasında və həyata keçirilməsində də yaxından iştirak etmişik.

Ölkəmizin uğurla ev sahibliyi etdiyi “Evrovisin-2012” mahnı müsabiqəsinin rəsmi tərəfdaşı olmuş AzTA qonaqların qarşılanması, otellərə yerləşdirilməsi və digər xidmətləri ilə ona göstərilən böyük etimadı doğruldub.

Təşkilatımız yeni turizm marşrutlarının hazırlanmasında, Dünya Bankının dəstəyi ilə respublikanın şimal-qərb regionunda turizmin inkişafı layihəsində də fəal iştirak edir. Dünya Bankının dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə 33 turizm peşə standartlarını hazırlamışıq. Beləliklə, AzTA-nın Dövlət proqramının həyata keçirilməsi istiqamətində fəaliyyəti bu gün də davam edir.

- AzTA-nın cari layihələrinin icra vəziyyəti və gələcək planları barədə nə deyə bilərsiniz?

- AzTA hazırda 60-dək aparıcı oteli, 90-dan çox turizm şirkətini öz ətrafında birləşdirir. İctimai təşkilat kimi onların maraqlarını müxtəlif səviyyələrdə, o cümlədən dövlət qurumlarında qoruyur.

Layihələrimizdən biri də beynəlxalq şəbəkə sisteminə daxil olan otellərin baş menecerlərinin Azərbaycan Turizm İnstitutunda ilk mühazirələrini təşkil etmək olub.

AzTA qida, humanitar kolleclərinin, Bakı Turizm Peşə Məktəbi tələbələrinin turizm şirkətlərində və otellərdə təcrübə keçmələrini, Turizm İnstitutu ilə birlikdə otellərin ön büro üçün peşəkarların hazırlanmasında kurslar təşkil edib. UNESCO və Təhsil Nazirliyinin əməkdaşlığı ilə reallaşdırılan layihələrdə, ilk peşə - kurikulumların tədrisi olan mehmanxana inzibatçısı kitabının meydana çıxmasında AzTA-nın rolu böyükdür.

Təşkilatımız İsmayıllı rayonunda açılmış turizm peşə məktəbi üçün qeydiyyatçı ixtisası üzrə peşə standartlarını hazırlayıb. “Era Style” turizm şirkəti ilə birgə layihəmizə uyğun olaraq turizm ixtisaslı tələbələr Türkiyəyə təcrübəyə göndərilib.

AzTA-nın gələcək planlarından biri də regionlarda hotel və restoran biznesi üçün kursların təşkilidir. Bu məqsədlə Qəbələ, Qusar, İsmayıllı turizm peşə məktəbləri və Mingəçevir turizm kolleci ilə sıx əməkdaşlıq edirik.

Regionlara və xarici ölkələrə turizm şirkətləri üçün infoturların təşkili də planlaşdırılır.

Təşkilatımız turizm şirkətləri və otellərin xidmət heyəti üçün müxtəlif ixtisaslar üzrə qısa müddətli kurslar keçirir. Turistlərin tələbatına uyğun yeni marşrutların və xidmət növlərinin hazırlanmasında turizm şirkətləri və otellərlə sıx əlaqədə çalışırıq.

Biz həm də Mədəniyyət və Turizm Nazirliyi, turizm təhsil ocaqları və digər qurumlar ilə yeni layihələr üzərində işləyirik.

- AzTA-nın beynəlxalq əlaqələrinin daha da genişlənməsi istiqamətində hansı işlər görülür?

İlk növbədə qeyd etmək istərdim ki, 2013-cü ildə Afrika qitəsinin Zambiya dövlətində keçirilən Dünya Turizm Təşkilatının XX Baş Assambleyasında AzTA-nın sədri, DTT-yə qoşulmuş üzv ölkələrin İcraiyyə Bürosunun Avropa üzrə vitse-prezidenti seçilib. Eyni zamanda DTT-nin Avropa komissiyasının növbəti iclasının bu il ərzində Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Azərbaycan bu nailiyyəti ilə beynəlxalq turizmdə nüfuzunu bir daha təsdiq etdi.

AzTA-nın beynəlxalq turizmdə nüfuzu ildən-ilə artır. Artıq Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan və digər ölkələrin turizm assosiasiyaları, eləcə də Dünya Turizm Bələdçilər Assosiasiyası ilə əməkdaşlıq memorandumları imzalanıb.

Bir sıra beynəlxalq konfrans və sərgilərdə, o cümlədən Həştərxanda “Turizm və rekreasiya” beynəlxalq elmi-praktiki, Moskvada MDB ölkələri ilə mədəni dərk etmə turizm beynəlxalq konfransında, Koreyada DTT-nin konfransında, Serbiyada “Balkan ölkələri - Azərbaycan forumunda”, İzmirdə keçirilən sərgidə AzTA təmsil olunub və fəal iştirak edib. Biz İATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) ilə də əməkdaşlıq edirik.

Cari ildə bir sıra assosiasiyalarla əməkdaşlıq sazişləri imzalanıb. Beynəlxalq turizm əlaqələrinin möhkəmləndirilməsində AzTA öz səylərini genişləndirir.

- Turizm sektorunda mövcud problemlərin həlli istiqamətində hansı işlər görülür?

- Hər sahədə olduğu kimi, turizm sektorunda da problemlər olur. Səviyyəli peşəkar kadrların çatışmazlığı, xidmətin istənilən səviyyədə olmamağı, zəif idarəçilik, sahibkarlarla menecerlər arasında anlaşılmazlıq və digər bu kimi problemlərə regionlarda daha çox rast gəlinir. AzTA fəaliyyətini bu problemlərin aradan qaldırılması istiqamətində genişləndirir.

Bir sıra otellərin lisenziyasız fəaliyyəti bizi düşündürməli, yerli icra orqanları bu işdə Mədəniyyət və Turizm Nazirliyinə yardımçı olmalıdır. Çünki lisenziyasız fəaliyyət göstərən turizm obyektləri qeyri-qanunidir və onların fəaliyyəti müvafiq səlahiyyətli orqanlar tərəfindən dayandırılmalıdır. Belə obyektlər məsuliyyət daşımır və təbii ki, onlarda xidmət səviyyəsi aşağıdır. Yaxud bir sıra turizm şirkətləri turistlərlə müqavilə bağlamırsa və onları sığorta ilə təmin etmirsə, o turizm şirkətləri cəzalandırılmalıdır. AzTA bu halların qarşısını almaq üçün turistlər arasında maarifləndirici iş aparır.

- Azərbaycan Turizm Assosiasiyasının saytında hansı yeniliklər etməyi planlaşdırırsınız?

Saytımızda turizm, şirkətlərin fəaliyyəti, otellərdə tətbiq olunan innovasiyalar, beynəlxalq turizmə aid materiallar öz əksini tapır. Burda turizm obyektləri, muzeylər, teatrlar, Azərbaycanın və Bakının görməli və gəzməli yerləri barədə məlumatlar toplanıb. Təbii ki, turizmin inkişafı ilə əlaqədar sayt mütəmadi yeniləşməli və yeni məlumatlarla zənginləşməlidir. Təşkilatımız bu sahədə turizm şirkətləri və otellərlə informasiya mübadiləsi aparır. Ümidvarıq ki, yaxın gələcəkdə AzTA-nın saytı daha zəngin məlumatlarla turistləri və turizm mütəxəssislərini cəlb edəcək.

-Maraqlı müsahibəyə görə minnətdarlıq edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ