Azərbaycanı Gürcüstanda müdafiə edən sayta haker hücumu olub
Tbilisi, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücumunu, Azərbaycan Prezidentinin müsahibələrini və Müdafiə Nazirliyinin, eləcə də Azərbaycan rəsmilərinin çıxışlarını bir neçə dildə oxuculara çatdıran 24news.ge saytı haker hücumuna məruz qalıb.
Saytın rəhbəri Azər Məmmədov AZƏRTAC-a bildirib ki, son günlər redaksiyaya bir neçə dəfə müxtəlif hədə-qorxu məzmunlu zənglər olub. Lakin redaksiya üzvləri buna məhəl qoymayıb, tarixi Vətən Azərbaycanın mövqeyini əks etdirən materiallar yaymaqda davam ediblər.
“Oktyabrın 5-də axşama doğru sayta ermənilər tərəfindən haker hücumu olub və redaksiyanın işində ciddi problem yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür”, - deyə A.Məmmədov bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]