“Azərbaycanı kəşf edək: bələdçi kitablar” layihəsi çərçivəsində işlər davam etdirilir
Bakı, 17 yanvar (AZƏRTAC). Ölkəmizin turizm potensialının bütün dünyada təbliğini nəzərdə tutan “Azərbaycanı kəşf edək: bələdçi kitablar” layihəsi çərçivəsində işlər davam etdirilir.
Artıq layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə bir sıra ölkələrin müvafiq nəşriyyatları arasında imzalanmış müqavilələrə əsasən ingilis və fransız dillərində işıq üzü görmüş bələdçi kataloqların təqdimat mərasimləri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, hazırda layihə çərçivəsində nazirliklə Birləşmiş Ərəb Əmirliklərinin müvafiq nəşriyyatı arasında imzalanmış müqaviləyə əsasən, işlər davam etdirilməkdədir. Ərəb dilində bələdçi kitablarının cari ilin aprelində işıq üzü görməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]