Azərbaycanın Baş naziri Artur Rasizadə Tbilisidə səfərdə olub
Tbilisi, 16 may, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti mayın 16-da Gürcüstanda səfərdə olub. Şota Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportunda Artur Rasizadəni Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Tbilisidə keçiriləcək Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi