Azərbaycanın Belçikadakı səfirliyində “qaynar xətt” yaradılıb
Brüssel, 15 mart, AZƏRTAC
Belçikada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, “qaynar xətt” fasiləsiz fəaliyyət göstərir. Əlaqə telefonu: +32 484 41 26 61
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel