Azərbaycanın boks üzrə yığması Avropa çempionatında 10 idmançı ilə təmsil olunacaq
Bakı, 24 mart, AZƏRTAC
Martın 25-dən aprelin 1-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın Tırqu-Jiu şəhərində təşkil olunacaq yarışda boks üzrə Azərbaycan millisi də iştirak edəcək.
Yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınamağa qərar verib. Kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) rinqə çıxacaqlar. Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) və Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar.
Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.