AZƏRBAYCANIN BÖLGƏDƏKİ VƏ DÜNYADAKI MÖVQEYİ MÖHKƏMLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində Prezident İlham Əliyev bildirmişdir. Prezident demişdir ki, son iki il ərzində Azərbaycanın bölgədəki və dünyadakı mövqeləri yüksək səviyyədə möhkəmlənmişdir. Bütün ölkələrlə ikitərəfli formatda münasibətlər çox müsbət zəmində, qarşılıqlı hörmət, etimad əsasında qurulur.
Azərbaycan Prezidenti demişdir: “Dünyanın aparıcı ölkələri ilə bizim çox səmərəli münasibətlərimiz, bir tərəfdən, əlbəttə ki, Azərbaycanın önəmindən xəbər verir, digər tərəfdən, şübhəsiz ki, Azərbaycanın düşünülmüş xarici siyasət prinsiplərindən irəli gəlir. Bir daha demək istəyirəm ki, bütün ölkələrlə münasibətlərimiz qarşılıqlı surətdə faydalı şəkildə aparılır və biz bu prinsiplərə sadiqik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]