AZƏRBAYCANIN BÜTÜN AVARÇƏKƏNLƏRİ DÜNYA ÇEMPİONATININ YARIMFİNALINA CIXMIŞLAR
Bakı, 31 iyul (AZƏRTAC). Moskvada start götürən yeniyetmələr arasında kayak və kanoe üzrə dünya çempionatında Azərbaycanın daha iki təmsilçisi yarımfinala vəsiqə qazanmışdır. Bir nəfərlik kanoe qayığında çıxış edən Andrey Kraytor seçmə mərhələdə 500 metrlik məsafəyə yürüşdə uğurlu nəticə göstərmişdir. Kraytor bu məsafəni 1 dəqiqə 55 saniyə 982 mikrosaniyəyə qət edərək, 3-cü yeri tutmuşdur. Yalnız Qazaxıstan və Polşa təmsilçilərindən geri qalan kanoeçimiz Braziliya, Latviya, Litva, Meksika, İtaliya və Belarusdan olan rəqiblərini üstələmişlər.
Bir nəfərlik kayak qayığında çıxış edən Rüfət Vəlizadə isə 500 metr məsafəni 1 dəqiqə 47 saniyə 942 mikrosaniyəyə qət edmişdir. Böyük Britaniya, Rusiya, Avstraliya, Meksika, CAR və İtaliya təmsilçilərindən geri qalan kayakçımız yalnız Kipr idmançısını qabaqlamışdı. Vəlizadə ilk 7-liyə düşdüyü üçün, reqlamentə əsasən, yarımfinala çıxmışdır.
Xatırladaq ki, 2 nəfərlik kayak qayığında çıxış edən Rüfət Vəlizadə - Mirnazim Cavadov dueti də 1000 metrlik məsafəyə yürüşün seçmə mərhələsində 5-ci yeri tutmuş və yarımfinala vəsiqə qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]