Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın dünyada nüfuzunun artması Prezidentin xalqla vəhdətinin məntiqi nəticəsidir

Azərbaycanın dünyada nüfuzunun artması Prezidentin xalqla vəhdətinin məntiqi nəticəsidir

Bakı, 8 fevral, Səadət Hakıyeva, AZƏRTAC 

Dövlət xalqın səsi, iradəsi ilə formalaşır. Ən müdrik, ən uzaqgörən insanlar xalqın dəstəyi olmadan uğur qazana bilməzlər. 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, xalqın dəstəyi olmadan istənilən hakimiyyət məhvə məhkumdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı məhz həmin o nadir nümunələrdəndir ki, xalq ölkənin çətin vəziyyətində ümidini öz liderinə bağladı. Xalq bu məsələdə öz seçimini etməklə, öz müqəddəratını da həll etdi. Həmin illəri Azərbaycan xalqının tarixində intibah dövrü də adlandırmaq olar. Toplumlar öz etimadnamələrini öndə gedənlərə etibar edirlərsə, uğur özünü çox gözlətmir.

Azərbaycan hakimiyyəti hər zaman xalqın dəstəyini hiss edir və həmin dəstəyə arxalanaraq ölkənin ehtiyat potensialını artırır, respublikamızı dünya səviyyəsində lider ölkələrin sırasına çıxarır. Bu da Prezidentin xalqla vəhdətinin məntiqi nəticəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.

Tofiq Abbasov deyib: “Taleyüklü proqramların həyata keçirilməsində, köklü islahatların reallaşmasında söz və vəd üst-üstə düşməlidir. Bu baxımdan Azərbaycanda ümidverici şərait mövcuddur. Dövlətimizin başçısı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda xüsusi vurğuladı ki, biz adətən verdiyimiz sözə əməl edirik. Dövlətimizin başçısı bu sözləri Davos İqtisadi Forumundakı çıxışında da dedi. Bu, bir daha onu göstərir ki, ölkədə siyasi elita ilə intellektual qüvvələr arasında strateji müttəfiqlik formalaşıb. Düşünürəm ki, bu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın insan kapitalına verdiyi önəmin ifadəsidir”.

Ötən ilin uğurlarından danışan politoloq bildirib ki, 2019-cu il ölkəmizin, xalqımızın tarixinə ən uğurlu illərdən biri kimi daxil olub və respublikamızda iqtisadiyyat, sənaye, kənd təsərrüfatı sahələrində müsbət irəliləyişlər baş verib. “Əlbəttə, proqnozlara uyğun olaraq, ilk növbədə, inkişaf meyilləri özünü təsdiqlədi. Qeyri-neft sektorunda, kənd təsərrüfatında, orta və kiçik sahibkarlıqda kifayət qədər yüksəliş, artım qeydə alındı. Prezident İlham Əliyevin yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də qeyd etdiyi kimi, islahatlar baxımından ötən il xüsusilə əlamətdar oldu. Həmin islahatlar nəticəsində məhkəmə sistemi, icraedici orqanlar da daxil olmaqla, bir çox sahələrdə müsbət dəyişikliklər baş verdi, iqtisadi sahədə yeni kompleks qaydalar tətbiq olunmağa başladı. Mən diqqəti xüsusilə institusional dəyişikliklərin quruculuq işlərinə müsbət təsirinə yönəltmək istəyirəm. Əgər ölkədə böyük islahatlar proqramı həyata keçirilirsə, hakimiyyətin ayrı-ayrı qolları, müxtəlif sahələr arasında əlaqələrin formalaşması vacibdir”, - deyə politoloq vurğulayıb.

T.Abbasovun sözlərinə görə, ötən il gömrük və vergi orqanlarının işini xüsusi qeyd etmək lazımdır. Bu orqanlar dövlətimizin başçısının tapşırığı əsasında son dərəcə optimal şəraitdə işlədilər. Nəticədə büdcəyə daxilolmaların həcmi 1 milyard manatdan artıq oldu. Bu, çox vacib göstəricidir. Əgər tədbirlər görülməsəydi, həmin məbləğ dövlətin deyil, kimlərinsə cibinə gedəcək və kölgə iqtisadiyyatına qulluq edən dairələrin əlində cəmləşəcəkdi. Burada söhbət ondan gedir ki, vergidən yayınanlar dövlətin deyil, öz şəxsi mənafelərini güdürlər. Digər tərəfdən, həmin insanlar ölkənin qanunlarına, xalqın, dövlətin maraqlarına zərbə vururlar. Büdcəyə gələn həmin vəsait isə ölkə rəhbərinin Sərəncamı ilə sosial layihələrin həyata keçirilməsinə yönəldildi. Maaşlar, pensiyalar artırıldı, müharibə veteranları, qaçqınlar, məcburi köçkünlər, şəhid ailələrinin, bir sözlə, həssas qrupların müavinətləri və təqaüdləri artırıldı. Bütün bunlar onu göstərir ki, büdcəyə daxilolmaların artması vətəndaşların rifahının artmasına yönəldilir.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iki böyük sosial paketdən 4 milyon 200 yüz min insan, demək olar ki, Azərbaycan əhalisinin yarısı faydalandı. Təbii ki, iqtisadiyyat mənfəətlə işləyəndə onun xeyrini həm dövlət, həm də vətəndaşlar görür. Prezidentin konseptual yanaşması nəticəsində islahatlar tədrici formada həyata keçirilir. Digər tərəfdən də bu islahatların gətirdiyi mənfəət, xeyir özünü çox gözlətmir.

“Ölkəmizdə şəffaflığa çox böyük diqqət yetirilir. “ASAN xidmət” layihəsi də həmin şəffaflığın təmin olunmasının yollarından biridir. Burada onlayn sistemdə 140-dan artıq xidmət göstərilir. Vətəndaş məmnunluğunun təmin olunması baxımından bu, çox vacibdir. Şəffaflığa doğru yönələn format ildən-ilə, gündən-günə genişlənir və bu, onu deməyə imkan verir ki, dövlət tərəfindən vətəndaşların məmnunluğu təmin edilir, onların rifah halı yaxşılaşdırılır, təhlükəsizliyi qorunur. Bu, ölkə rəhbərinin həyata keçirdiyi köklü islahatların nəticəsidir.

İslahatların aparılması asan proses deyil, amma ciddi hazırlıq və maarifləndirmə sahəsində ölkəmiz maksimum nəticələr əldə etdi. Düşünürəm ki, bu islahatlar davamlı olacaq. Hər şeyi dövlətdən və onun orqanlarından gözləmək də düzgün deyil. Dövlətimizin başçısı özü bu proseslərə “yaşıl işıq” yandırıbsa, dövlət orqanları bu prosesə qoşulublarsa, əhali, insanlar da baş verən xoşagəlməz hallara göz yummamalı, dövlətə kömək etməlidirlər. Kölgə iqtisadiyyatının qarşısını almaq üçün hamı mübarizə aparmalıdır. Onun qarşısının alınması dövlət proqramından irəli gələn bir çağırışdır”, - deyə T.Abbasov diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib