AZƏRBAYCANIN ƏFQANISTANDAKI SÜLHMƏRAMLILARININ SAYI İKİ DƏFƏ ARTIRILACAQ
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sentyabrın 18-də keçirilmiş iclasında müzakirə olunmuşdur.
Komissiyanın sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etmişdir. O demişdir ki, qanun layihəsində Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının iki dəfə artırılması nəzərdə tutulmuşdur. Komissiya sədrinin dediyinə görə, hazırda Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin iki taqımı sülhyaratma əməliyyatlarında iştirak edir.
Müzakirələr zamanı deputatlar Azərbaycanın dünyada terrorizmə qarşı mübarizədə rolunun artdığını vurğulamış, bu qərarın milli maraqlarımıza xidmət etdiyini bildirmişlər.
Qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]