Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın əsrarəngiz gölləri

Bakı, 24 mart, AZƏRTAC

Göllər yerləşdiyi məkandan asılı olmayaraq, suya yaxın yerlərdə istirahətdən zövq almaq istəyənləri həmişə cəlb edir. Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Odur ki, icmalımıza mənzərəli yerlər olan süni gölləri də daxil etmişik.

Sarısu və Ağ göl

Sarısu Azərbaycanın ən böyük gölüdür (Xəzər dənizi istisna olmaqla). Sahəsi təxminən 65,7 kvadratkilometr, uzunluğu 22 kilometr və eni 3 kilometr olan bu təbii su hövzəsi İmişli və Sabirabad rayonlarının ərazisində yerləşir. Gölün yerləşdiyi ərazi turizm məkanı olmasa da, canlı təbiət həvəskarları üçün böyük maraq kəsb edir. Əsasən bataqlıq olan Sarısu gölünün sahilboyu xətti qış mövsümündə 350 min köçəri quşun məskəni olur. Bu yerlərdə quş uçuşu məsafəsindən quşları müşahidə etmək istəyənlər üçün geniş imkanlar var. Bundan başqa, göl balıqçılıq üçün çox əlverişlidir və bu məqsədlə də istifadə edilir.

Sarısu gölü şirin suludur və daha bir gözəl təbii su hövzəsindən - Ağ göldən gələn su axını ilə də dolur. Ərazisi 2,8 min hektar olan bu göl Ağ göl Milli Parkının ərazisində yerləşir. Buradakı su-bataqlıq ərazisi əsasən su quşlarının məskəni kimi “Ramsar Konvensiyası”na daxil edilib.

Göygöl, Maralgöl və digər dağ inciləri

Dağ gölü olan Göygöl Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzəsidir. Göygöl Gəncə şəhərindən 25 kilometr cənubda eyniadlı rayonda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir. Bu göl 1139-cu il sentyabrın 30-da Gəncə şəhəri yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən sonra Kəpəz dağının dağılan zirvəsinin Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Yaranan şəffaf sulu hövzə Göygöl adlandırılıb. Ümumi sahəsi 0,79 kvadratkilometr olan gölün uzunluğu 2,5 kilometr, ən geniş yerdə eni isə 0,6 kilometrdir. Göygöl 6460 metr sahilboyu əraziyə malikdir, orta dərinliyi 30 metr, maksimal dərinliyi isə 93 metrdir.

Buranın nadir təbiətini, flora və faunasını qorumaq üçün 1965-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu yenidən təşkil edilib. Göygölün şimal sahili və onun ətrafı populyar istirahət zonasıdır. Bu yerlərin havasının tənəffüs yolları və əsəb sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi əhəmiyyəti olduğu hesab edilir. Gölün ətrafında yay mövsümündə turistlərin sevimli məkanı olan, müxtəlif turist bazaları, istirahət evləri, pansionatların olduğu Hacıkənd kurort zonası yerləşir. Bir neçə turist marşrutu da bu yerlərdən keçir.

Hacıkənd istirahət zonası kiçik Qafqazın şimal-şərq yamacında, Murovdağ silsiləsinin Kürəkçay hövzəsində yerləşir. Bu zona şərqdən Goran çay, cənubdan Murovdağ silsiləsi, qərbdən Gəncəçayla həmsərhəddir. Hacıkənd ərazisi Gəncə şəhərinin və Göygöl rayonunun inzibati idarəçiliyinə daxildir. Hacıkənd kurort zonasında məşhur Turşsu müalicə kompleksi də yerləşir. Buradakı təbii mineral bulaqlar dəniz səviyyəsindən 1450 metr yüksəklikdədir. Göygöllə yanaşı, Hacıkənd kurort məkanında daha bir neçə mənzərəli dağ gölü - Maralgöl, Quş göl, Qaragöl, Ağ göl, Şamlı göl və digər su hövzələri yerləşir. Onların əksəriyyəti Göygöllə eyni vaxtda - 1139-cu il zəlzələsi nəticəsində yaranıb.

Yeri gəlmişkən, Göygöl rayonunun inzibati mərkəzi - Göygöl şəhərindən Hacıkəndə aparan yolun kənarındakı təpədə Qafqaz Albaniyasının yadigarı olan qədim məbədi də görmək olar. Bundan başqa, yolboyu ənənəvi Azərbaycan çörəyinin bişirildiyi çoxsaylı təndirlər də var. Hər kəs özü ilə ətirli, təndirdən təzə çıxmış və qızarmış, xırçıldayan qabığı olan çörək aparmaq istəyir.

Batabat

Batabat Azərbaycanın dağ gölləri kolleksiyasının daha bir incisidir. Əsrarəngiz gözəlliyi olan bu mavi göl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə, Naxçıvan çayının mənbəyində yerləşir. Mənzərəli su hövzəsi baharda və yayda yaşıllığa və gül-çiçəyə bürünür. Gölün çox təmiz suyu var və onun güzgü kimi saf səthində torf adası üzür. Bu yerlərin subtropik - qışda yumşaq qarlı və yayda sərin quru iqlimi var. Gölün ətrafındakı kurort zonası çoxsaylı mineral bulaqlarla zəngindir.

Batabat gölünün yaxınlığında astrofizika rəsədxanası və Qanlı göl də yerləşir.

Nohur gölü

Süni su hövzəsi olan Nohur gölü Qəbələdə meşələrlə əhatə olunmuş sevimli istirahət zonasıdır. Bu göl büllur kimi təmiz suyu və möhtəşəm mənzərəsi ilə məşhurdur. Nohur gölünün ətrafında yaxşı inkişaf etmiş turizm infrastrukturu var. Burada qayıq və katamaran icarəyə götürmək yaxud təlimatçının müşayiətilə at belində sahilboyu gəzmək olar.

Yaxınlıqda milli mətbəxin ləziz təamlarını təklif edən çoxlu kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək istəyənlər üçün isə kiçik qonaq evləri var. Gölün yaxınlığında məşhur “Chenot Palace Health Wellness Hotel” şəbəkəsinə daxil olan mehmanxana da qonaqların xidmətindədir.

Qəbələdən ayrılarkən rayonun bütün yerlərində qurulmuş piştaxtalarda satılan yerli konserv və mürəbbələr almağı da unutmayın.

Mingəçevir su anbarı

Azərbaycanın ən böyük süni su hövzəsi ölçülərinə görə tez-tez Mingəçevir dənizi də adlanır. Onun yaranmasının əsas “səbəbkarı” Mingəçevir şəhərinin rəmzi olan və Azərbaycanın Kür çayı üzərində inşa edilmiş ən böyük hidroelektrik stansiyasıdır (HES).

Keçmiş zamanlarda ram edilməyən Kür çayı Bozdağın şərq ətəyindən Kür-Araz vadisinə axardı. 1945-ci ilin iyulunda inşasına qərar verilmiş hidroelektrik stansiyası bu “dəli” çayı ram etdi. Mingəçevir HES 9 il müddətində tikildi və 1954-cü ildə istifadəyə verildi. Mingəçevir hidroqovşağının suaşıran bəndi dünyada ən böyük bəndlərdən hesab edilir. Onun hündürlüyü 81 metr, uzunluğu 1550 metr, həcmi isə 15,6 milyon kubmetrdir.

Mingəçevir HES-in bəndi Kür çayının təbii axını qarşısında maneə oldu və bunun sayəsində ətrafdakı bir çox kilometr quru sahə suyun altında qaldı. Bir neçə kəndin əhalisi də subasma nəticəsində əvvəlcədən başqa yerlərə köçürüldü. Sahəsi 605 kvadratkilometr olan və şəhərdən 3 kilometr şimal-qərbdə yerləşən Mingəçevir su anbarı məhz belə yarandı. Onun uzunluğu 70 kilometr, eni 18 kilometr, orta dərinliyi 27 metr, maksimal dərinliyi isə 83 metrdir.

Su anbarının ehtiyatlarının energetika və kənd təsərrüfatında istifadə olunması ilə yanaşı, Mingəçevir dənizi yerli sakinlərin və turistlərin sevimli istirahət məkanına da çevrilib. Sovet dövründə burada fəaliyyət göstərən ittifaq əhəmiyyətli pansionat-sanatoriyaya bütün ölkədən minlərlə turist gəlirdi.

Bu gün də su anbarının sol sahilboyu ərazisində yerləşən təxminən 10 çimərlikdə istirahət edənlərin sayı çoxdur. Mingəçevirdə çimərlik mövsümü mayda başlayır və sentyabrın sonunadək davam edir. Suyun orta hərarəti isə 23-30 dərəcə olur.

Buraya istirahət üçün gələnlər ictimai şəhər çimərliyinə üz tuturlar. Çimərlikdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti daimi nəzarət aparır, habelə yaxşı istirahət infrastrukturu var. 2013-cü ildə şəhər icra hakimiyyəti sahilin əsaslı rekonstruksiyasını həyata keçirib: yumşaq qum gətirilib, taxtlar qurulub, duş kabinələri və soyunub-geyinmə yerləri təzələnib. Çimərlikdə kafe, voleybol meydançası, həmçinin motorlu qayıq və katamaranların kirayə xidməti fəaliyyət göstərir. Arzu edənlər təcrübəli təlimatçının müşayiətilə skuterlərdən də istifadə edə bilər.

Suda quraşdırılmış gözəl estakada da diqqəti cəlb edir. Oradan ətraf əraziləri və göl səthini seyr etmək olar. Sahilboyu dayaz yerlərdə su firuzəyi rəngə çalır və su anbarının ortasına doğru tündləşərək mavi rəngə boyanır. Bu baxımdan buxtanın ümumi mənzərəsi fransız Rivyerasını, hətta tropik çimərlikləri xatırladır. Oxşarlığın tamlığı üçün bircə seyrək kokos palmaları çatışmır.

Canlı aləm sarıdan buxta zəngindir. Daşlar üzərində oturmuş qarabatdaq dəstələri, su üzərində pərvaz edən qağayı qatarları, haradasa uzaqda balıq üçün suya baş vuran ördəklər estakadadan aydın görünür. Onu da demək yerinə düşər ki, Kürdə balıq sarıdan bolluqdur. Burada daha çox çapaq, suf, çəkibalığı, şamayı, dabanbalığı, naqqa, durnabalığı və s. balıq növlərinə rast gəlinir. Tilovunu götürən balıqçılar bol balıq tuta bilərlər.

Şəmkir su anbarı

Hidroelektrik stansiyası sayəsində populyar turizm mərkəzinin yaranmasının daha bir nümunə Şəmkir rayonunda yerləşən su anbarıdır.

Respublikanın Qərb bölgəsinin enerji təchizatı üçün nəzərdə tutulan Şəmkir HES-in tərkibinə eyniadlı HES və Yenikənd HES daxildir. Bu hidroelektrik stansiyasının ilk aqreqatı 1982-ci ildə istifadəyə verilib, Yenikənd HES isə 2000-ci ildə istismara buraxılıb. Birinci hidroelektrik stansiyasının tikintisi zamanı burada salınan Kür fəhlə qəsəbəsi hazırda 10 min əhalisi olan yaşayış məntəqəsidir.

Əvvəllər olduğu kimi, Kür çayında bəndin tikintisi nəticəsində yaranmış süni su anbarı da Şəmkir sakinləri və qonaqlarının sevimli istirahət məkanına çevrilib. Bu mənzərəli su hövzəsinin ətrafında həyat qaynayır. Su anbarının yaxınlığında qonaqlara xidmət göstərən çoxlu kafe və restoranlarda Kür balığı, milli mətbəxin müxtəlif təamları, şirniyyatla çay sifariş vermək olar. Arzu edənlər bu yerlərdə xalq sənətkarlarının - aşıqlar və xanəndələrin çıxışından zövq ala bilər.

Restoranların terrasından su anbarının gözəl mənzərəsi, hətta su hövzəsinin qarşı tərəfində yerləşən HES-in bəndləri görünür. Narıncı qum təpəciklərinin fonunda onların Misirdəki Fironlar Vadisini xatırladan görünüşü insanı valeh edir.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır