Azərbaycanın güləş yığmaları Türkiyədəki turnirdə ikinci olub
Bakı, 15 aprel, AZƏRTAC
Türkiyənin Antalya şəhərində təşkil edilən güləş üzrə “Zəfər Kuboku” başa çatıb.
AZƏRTAC xəbər verir ki, ənənəvi turnirin son günündə Azərbaycanın 5 güləşçisi fəxri kürsüyə qalxıb.
Sərbəst güləşdə Nihad Süleymanlı (80 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kiloqram) Məhəmməd Mustafayev (110 kiloqram) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kiloqram) isə bürünc medal əldə edib.
Sərbəst güləş üzrə Azərbaycan millisi ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşi üzrə yığması isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]