Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Mtsxeta-Mtianeti bölgəsinin rəhbərləri ilə görüşüb

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ölkənin Mtsxeta-Mtianeti bölgəsinə səfər edib.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Bildirilir ki, səfir regionun inzibati mərkəzi olan Mtsxeta şəhərində bölgənin qubernatoru David Nozadze və şəhər meri Dimitri Zurabişvili ilə görüşüb. Görüşdə Gürcüstan ilə Azərbaycan arasında tarixən mehriban qonşuluq, dost və qardaşlıq münasibətlərinin olduğunu vurğulayan qubernator, iki dövlət və xalq arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan ilə Azərbaycanın əsl dostluğu, qarşılıqlı dəstək və hörmətə əsaslanan münasibətləri bütün ölkələr üçün bir nümunədir.

Səfir F.Quliyev Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini, Prezident İlham Əliyevin Gürcüstanla münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan sıx münasibətlər daha da inkişaf etdirilərək nümunəvi strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Son illər ərzində Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı səfərlərin intensiv xarakter aldığını qeyd edən diplomat, bunu iki ölkənin münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.

İki ölkənin regionları arasında əməkdaşlığın inkişafı məsələsinə də toxunan səfir deyib: “Son bir ildə Azərbaycan və Gürcüstanın bir neçə şəhəri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb. Bölgələrarası əməkdaşlıq siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da güclənməsinə böyük töhfə verir”.

Faiq Quliyev bildirib ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilib. O, Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda reallaşdırılmış iri sosial və humanitar layihələr barədə ətraflı məlumat verib, səfirliyin soydaşlarımızı narahat edən məsələləri daima diqqət mərkəzində saxladığını bildirib.

Səfir, həmçinin bu yaxınlarda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla sərhəddə törədilmiş genişmiqyaslı təxribatdan da söz açıb. O, təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisinin şəhid olduğunu diqqətə çatdırıb.

Faiq Quliyev Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman övladların xatirəsinə dərin ehtiramını ifadə edib.

Azərbaycanın bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu qeyd edən diplomat Gürcüstanın da bu istiqamətdə göstərdiyi səyləri yüksək qiymətləndirib.

Qubernator gürcü və Azərbaycan xalqları arasında möhkəm təməllərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. O, Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçularının ailələrinə başsağlığı verib.

David Nozadze bölgədə sülh və əmin-amanlığın bərqərar olacağına ümid etdiyini vurğulayıb.

Mtsxeta meri Dimitri Zurabişvili də öz növbəsində Azərbaycan səfirinə bölgəyə göstərdiyi marağa görə təşəkkürünü bildirib. Mer azərbaycanlıların yaşadığı kəndlərdə həyata keçirilən infrastruktur layihələrdən danışıb, Gürcüstanın tamhüquqlu vətəndaşları olan soydaşlarımızı narahat edən məsələlərin həlli yollarının tapılmasına xüsusi diqqətin yetirildiyini qeyd edib.

Görüşdə Mtsxeta-Mtianeti bölgəsinin Azərbaycanla əlaqələrinin inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.

Tərəflər qarşılıqlı təmasların davam etdirilməsi və sıx əməkdaşlığın qurulmasına hazırlıqlarını ifadə ediblər.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Səfir Faiq Quliyev qubernator və merə Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan və Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsminin yer aldığı “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabı hədiyyə edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Azərbaycan Hava Yollarının Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırılıb

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər