AZƏRBAYCANIN GÜRCÜSTANDAKI SƏFİRİ GƏNC LİDERLƏRİN QONAĞI OLMUŞDUR
Qazax, 14 avqust (AZƏRTAC). Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev avqustun 14-də Qazaxda Gənc Liderlər üçün Yay Univeritetinin qonağı olmuşdur.
Səfir Azərbaycan ilə Gürcüstan arasında uğurlu əməkdaşlıq əlaqələrindən söhbət açaraq bildirmişdir ki, ölkələrimizin dostluq münasibətləri zəngin tarixə söykənir.
N.Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi durumu, təhsili və digər mövzularda danışmışdır.
Canlı disskusiya və işgüzar fikir mübadiləsi şəraitində davam edən görüşdə səfir gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, “İRƏLİ” İctimai Birliyi və Gənclər Təşkilatlarının Milli Şurasının birgə təşəbbüsü ilə Qazaxda Gənc Liderlər üçün Yay Universiteti təşkil edilmişdir.
Avqustun 8-dən başlanan layihə çərçivəsində gənclərə müxtəlif mövzularda təlimlər, idman yarışları və intellektual oyunlar keçirilir, mütəxəssislərlə görüşlər təşkil edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]