Azərbaycanın Gürcüstandakı səfirliyində “qaynar xətt” yaradılıb
Tbilisi, 15 mart, AZƏRTAC
Gürcüstanda yaşayan, səfərdə olan və təhsil alan vətəndaşlarımızın suallarını cavablandırmaq, onlara müvafiq kömək göstərmək məqsədilə Azərbaycanın Tbilisidəki səfirliyində “qaynar xətt” yaradılıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, “qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərir.
Əlaqə telefonu: +995 577-06-50-50
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi