Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın haqq mübarizəsi və beynəlxalq hüquq

Azərbaycanın haqq mübarizəsi və beynəlxalq hüquq

Bakı, 5 oktyabr, AZƏRTAC

Ermənistanın ölkəmizə yönəlik təcavüzkarlığına qarşı Azərbaycanın haqq mübarizəsi tam qətiyyətlə davam edir. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin təcavüzkarı sülhə məcburetmə addımları beynəlxalq ictimaiyyətdə böyük rəğbət və dəstək qazanır. Son günlər Cənubi Qafqazda baş verən proseslərə dünya mediasının ayırdığı diqqət, hazırlanan materialların təhlili göstərir ki, beynəlxalq ictimai rəy daha çox haqqın, ədalətin yanındadır. Lakin bəzi xarici ölkə KİV-lərində, eləcə də ayrı-ayrı siyasi şərhçi və yazarların, televiziya aparıcılarının yanaşmalarında tarixi faktların, beynəlxalq hüququn ümumqəbuledilmiş təməl prinsiplərinin, eyni zamanda haqqın, ədalətin qərəzli şəkildə pozulduğunun şahidi oluruq. Bu gün həqiqətin, ədalətin deyil, şərin yanında yer alanlar gətirdikləri arqumentləri, söylədikləri cəfəngiyatları beynəlxalq hüququn prinsipləri ilə pərdələməyə cəhd göstərirlər. Oktyabrın 4-də teleaparıcı Vladimir Solovyovun müəllifi olduğu verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, xüsusilə son günlər Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı Azərbaycanın həyata keçirdiyi cəza tədbirlərinə həm aparıcı, həm də bəzi qonaqlar tərəfindən boş və mənasız söz yığınından ibarət cəfəng münasibət sərgilənib, beynəlxalq hüququn prinsiplərindən doğan tələblərin bilərəkdən və məqsədli şəkildə təhrif olunmuş şəkildə geniş ictimaiyyətə təqdim olunmasına cəhd edilib. Vladimir Solovyovun Azərbaycana qarşı daim qərəzli mövqedə olması, verilişlərində yeri gəldi gəlmədi ölkəmizi tənqid hədəfinə çevirməsi, Ermənistana münasibətdə hər zaman “Roma Papasından artıq katolik” olmağa cəhd göstərməsi onun kimliyi haqda tamaşaçıda tam təsəvvür yaradır. Bu səbəbdən onun səsləndirdiyi əsassız və qərəzli fikirlər üzərində çox dayanmaq istəmirəm. Zatən onun ictimai rəyə təsir imkanları da artıq sıfıra bərabər vəziyyətdədir. Amma təəssüflə qeyd etmək lazımdır ki, veriliş boyu özünü politoloq, siyasi şərhçi, partiya lideri adlandıran ayrı-ayrı şəxslər tərəfindən beynəlxalq hüququn bir çox prinsipləri və bu prinsiplərdən irəli gələn tələblər ya məqsədli şəkildə tamaşaçıya təhrif olunmuş formada çatdırıldı, ya da Ermənistanın xeyrinə təhrif edilməsi mümkün olmayan müddəalar üzərindən susqunluqla keçildi. Hansılardı beynəlxalq hüququn ümumqəbuledilmiş təməl prinsipləri və onlardan irəli gələn tələblər?

1. Dövlətlərin öz əraziləri üzərində suverenliyi prinsipi. Ermənistan Azərbaycanın tarixi ərazilərinə soxulmaqla, iyirmi faiz ərazilərimizi işğal etməklə dövlətimizin suverenliyinə qəsd edib. Bu prinsipin tələblərinin Ermənistan tərəfindən (diqqət: yalnız Ermənistan) pozulduğunu BMT TŞ-nin münaqişəyə dair dörd qətnaməsi, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bir çox başqa beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar təsdiq edir;

2. Dövlətlərə və xalqlara qarşı silahlı birləşmələrdən istifadə etməmək prinsipi. Ermənistanın cinayətkar rəhbərliyi ölkəmizə və xalqımıza qarşı açıq şəkildə silahlı qüvvələrdən istifadə edib ki, bu da öz növbəsində qeyd olunan ikinci prinsipin tələblərinə ziddir. Azərbaycan dövlətinə və xalqına qarşı Ermənistan tərəfindən silahlı birləşmələrdən istifadə edildiyini cinayətkar dövlətin bütün keçmiş rəhbərləri, prezidentləri öz çıxışlarında dəfələrlə qeyd ediblər;

3. Dövlətlərin sərhəd toxunulmazlığı və bütövlüyü prinsipi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın sərhəd toxunulmazlığı hüququ açıq şəkildə pozulub. Bu hal dövlətlərin sərhəd toxunulmazlığı və bütövlüyü prinsipinə Ermənistanın nümayiş etdirdiyi münasibətin açıq nümunəsi hesab oluna bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, Ermənistan bu gün də Azərbaycanın bütün dünya ictimaiyyəti tərəfindən təsdiq edilən sərhədlərini qəbul etmir;

4. Dövlətlərin ərazi bütövlüyü prinsipi. Ermənistan bir çox beynəlxalq təşkilatların, eləcə də BMT-nin və dünya dövlətlərinin birmənalı olaraq tanıdığı və hörmətlə yanaşdığı Azərbaycanın ərazi bütövlüyünü tanımadığını nəinki, beynəlxalq əhəmiyyətli tədbirlərdə dəfələrlə nümayiş etdirib, eyni zamanda ərazilərimizi işğal altında saxlamaqla bunu bir daha təsdiqləyib. Bundan başqa, qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi ilə bağlı bu ölkənin qəbul etdiyi, aşkar şəkildə zora və işğalçılığa xidmət edən qərarı hələ də qüvvədədir;

5. Təcavüzkar əməllərə yol verməmək və belə mahiyyətli addımlardan çəkinmək prinsipi. Ermənistan dövləti bu prinsipi pozmaqdan nəinki çəkinir, əksinə otuz ildən çoxdur açıq şəkildə Azərbaycan Respublikasına qarşı təcavüzkarlıq siyasəti yürüdür;

6. Dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda dövlət əleyhinə çıxışları və mərkəzdənqaçma meyllərini qızışdırmaq, separatizmə aşıq dəstək verməklə Azərbaycanın daxili işlərinə qarışıb, bu, Dağlıq Qarabağda məhz Ermənistan hökumətinin təhriki ilə başlayan proseslərdə öz əksini tapır;

7. İnsan hüquq və azadlıqları prinsipi. Dağlıq Qarabağa münasibətdə işğalçılıq siyasətini həyata keçirməklə Ermənistanın cinayətkar rəhbərliyi ümumbəşəri dəyər olan insan hüquq və azadlıqlarını ayaqlar altına alıb. Keçmiş SSRİ rəhbərliyinin razılığı ilə yenidən 1987-88-ci illərdən qızışan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində qədim qərbi Azərbaycan torpaqlarında - indiki Ermənistan ərazilərində yaşayan yüz minlərlə soydaşımız, eləcə də işğala məruz qalan Azərbaycan rayonlarının sakinləri, bir milyona yaxın qaçqın və məcburi köçkünün elementar hüquqları illərdi pozulur;

8. Millətlərin bərabərliyi prinsipi. Ermənistan uzun illərdi həyata keçirdiyi təcavüzkar siyasət və davranışlarında sərgilədiyi münasibətlə azərbaycanlıları, o cümlədən bütün türkləri düşmən kimi qəbul etdiyini sübut edir. Bütün dünya ictimaiyyətinə, eləcə də Vladimir Solovyova çoxdan məlumdur ki, Azərbaycan çoxmillətli dövlətdir və bir çox millətlər, eləcə də minlərlə ermənilər burada dinc səkildə yaşaya bilirlər. Ermənistan isə faşizm ideologiyasının təsiri altında monoetnik dövlətə çevrilib;

9. Millətlərin öz müqəddəratını təyinetmə prinsi. Öz müqəddəratını təyin edərək dövlət yaratdıqları halda Ermənistan (həm də tarixi Azərbaycan ərazilərində), ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək, digər xalqlara, xüsusilə azərbaycanlılara qarşı görünməmiş vəhşiliklərə rəvac verir. Bu gün Ermənistan və havadarları unutmağa və beynəlxalq ictimaiyyətə də unutdurmağa çalışırlar ki, əllərində bayraq etdikləri bu prinsipin başlıca tələbi dördüncü prinsip olan dövlətlərin ərazi bütövlüyü prinsipinin şərtləri pozulmadan reallaşdırıla bilinməsidir. Sadə şəkildə qeyd etsək, dövlətlərin ərazi bütövlüyü pozulursa millətlərin öz müqəddəratını təyinetmə prinsipi işləyə bilməz;

10. Beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi prinsipi. Ermənistan təcavüzkar dövlət olaraq illərdir bu prinsipin tələblərini pozaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirmir. Cinayətkarın illərdi beynəlxalq güclər tərəfindən cəzlandırılmaması Ermənistana üzərinə beynəlxalq sənədlərlə qoyulan öhdəliklərini qulaqardına vurmasına şərait yaradıb. Nəticədə, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanı bu öhdəlikləri yerinə yetirməyə məcbur etmək missiyasını Azərbaycan xalqı, Azərbaycan ordusu öz üzərinə götürməli oldu.

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə nəinki beynəlxalq hüququn bu ümumqəbul olunan prinsiplərinin heç birini nəzərə almadığını, əksinə bu prinsipləri kobud şəkildə pozduğunu, qanunlar əsasında idarə olunan dövlət yox, hərbi xunta, cinayətkar qruplaşma olduğunu, bu dövlətin qanunları və beynəlxalq normaları heçə saydığını göstərir. Göründüyü kimi, Azərbaycanın son günlər öz ərazi bütövlüyü və vətəndaşların təhlükəsizliyi məqsədilə atdığı addımlar Solovyov və digər qərəzli ermənipərəstlərin qeyd etdiyi kimi beynəlxalq hüquqla ziddiyyət təşkil etmir. Əksinə, ümumqəbuledilmiş prinsiplərin təhlili göstərir ki, Azərbaycanın həyata keçirdiyi sülhə məcburetmə addımları beynəlxalq hüququn, eləcə də beynəlxalq humanitar hüququn (növbəti yazımızda beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulan tələblərindən bəhs edəcəyik) təməl prinsiplərinə əsaslanır.

Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, “Vergilər” qəzeti və “vergiler.az” saytının baş redaktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub