Azərbaycanın iki boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib
Bakı, 22 avqust, AZƏRTAC
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mərhələnin ilk günündə millimizin iki idmançısı rinqdən qalib ayrılıb.
Federasiyanın İdarə Heyətinin üzvü, yığmanın baş məşqçisi Rövşən Hüseynovun rəhbərlik etdiyi komandada İsmayıl Vəliyev (70 kiloqram) italiyalı Françesko di Palmo ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 4:0 (30:27, 29:28, 29:28, 28:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
Onun uğurunu Səftər Məmmədzadə (90 kiloqram) davam etdirib. Batu Basla (Türkiyə) qarşılaşan təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gəlib.
Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, 1/4 finalın ikinci günündə Toğrul Quliyev (57 kiloqram), Şahin Aslanov (52 kiloqram), Seydəmir Quliyev (54 kiloqram), Adil Zalov (63 kiloqram), Nicat İmanov (66 kiloqram) və Mədinə Məmmədova (60 kiloqram) yarımfinal üçün mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]