Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Bu gün Hacıağa Abbasovun anadan olmasından 135 il ötür

Bakı, 16 iyun, AZƏRTAC

Əsasən komik rolların ifaçısı kimi tanınan Hacıağa Abbasov ömrünü teatra bağlayan, səhnə üçün yaşayan sənətkarlardan idi. Bakının Maştağa kəndində müəllim ailəsində anadan olan Hacıağa Abbasov ilk təhsilini kənddəki rus-tatar məktəbində alıb, daha sonra görkəmli ziyalı, maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində oxuyub. Burada o, Hüseyn Xələfovla (Ərəblinski) ilə görüşüb və bu xoş təsadüf onun gələcək həyatını müəyyənləşdirib. C.Zeynalov, M.Əliyev, S.Ruhulla kimi görkəmli aktyorların fəaliyyət göstərdiyi mühitə düşən H.Abbasov onlarla çiyin-çiyinə Azərbaycan teatrını inkişaf etdirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu gün Hacıağa Abbasovun anadan olmasının 135-ci ildönümü tamam olur.

O, səhnə fəaliyyətinə 1905-ci ildə M.F.Axundzadənin “Hekayəti Molla İbrahimxəlil Kimyagər” əsərində Molla İbrahimxəlil rolu ilə başlayıb. Bu, cəhalətin, qara qüvvələrin teatra, aktyorlara qarşı çıxışlarının tüğyan etdiyi dövr idi. Lakin hədə-qorxular, maddi çətinliklər onun iradəsini qıra bilməyib. Əksinə, o, həyatının mənası bildiyi teatra daha sıx bağlanıb.

1906-1909-cu illərdə təhsilini Port-Petrovskda (indiki Mahaçqala) davam etdirib. H.Abbasov burada azərbaycanlılardan ibarət teatr truppası yaradıb və sonralar bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Buynaksk rayonu) teatra çevirib. Bakıya müəllim kimi qayıdan gənc aktyor Müsəlman Artistləri Cəmiyyəti İttifaqının “Nicat”, “Həmiyyət” teatr truppalarında, daha sonra isə “Səfa” cəmiyyətinin, “Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” adlı teatr truppasında fəaliyyətini davam etdirməklə yanaşı, Balaxanı kənd məktəbində böyük satirik Mirzə Ələkbər Sabirlə birlikdə müəllim işləyir.

Hələ kiçik yaşlarından rus dilini mükəmməl öyrənən görkəmli aktyor rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoya böyük maraq göstərirdi, onun əsərlərini tərcümə edir, tamaşaya qoyurdu. Böyük rus ədibinin yaradıcılığına maraq onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə gətirmiş və o, ədiblə yaxından tanış olmuşdu. H.Abbasov bu barədə xatirələrində yazır: “Mən böyük ədibə Azərbaycan oxucuları tərəfindən çox sevildiyini dedikdə o, xeyli məmnun oldu. Biz ayrılarkən “Hərb və sülh” kitabına “Yadigar üçün L.N.Tolstoydan” sözlərini yazıb, mənə bağışladı”.

H.Abbasovun səhnə fəaliyyətinin mühüm hissəsi özünün yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlıdır. 1921-ci il noyabrın 13-də teatrın açılışında o dövrün çox böyük mədəniyyət və dövlət xadimləri - rus rejissoru Konstantin Stanislavski, Nəriman Nərimanov, mühəndis Zivər bəy, Əzim Əzimzadə, Məmməd Səid Ordubadi iştirak edib.

H.Abbasov teatrın səhnəsində, müxtəlif ədiblərin əsərləri ilə yanaşı, özünün yazdığı pyesləri də tamaşaya qoyub. Dünya və rus dramaturqlarının yaradıcılığını öyrənməklə, onları tərcümə etməklə yanaşı, dramaturgiya sahəsində qələmini müvəffəqiyyətlə sınayıb. O, “Bakının fəthi”, “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi”, “Rus macərası” kimi bir-birindən maraqlı, zamanla səsləşən pyeslər yazıb. “Sabirin məhkəməsi” pyesində o, böyük satirikin keşməkeşli həyatını təsvir edib. Əsər haqqında H.Abbasov yazırdı: “1923-cü ildə mən Sabirlə işlədiyim günlərin xatirinə “Sabirin məhkəməsi” adlı kiçik bir pyes yazdım. Bu pyes o vaxt Tənqid-Təbliğ Teatrında, Bakı fəhlə klublarında bir müddət müvəffəqiyyətlə oynanıldı. Bu mənim müəllim yoldaşım olan böyük şairə kiçik bir hədiyyə idi”.

Teatr tez-tez Bakı kəndlərində tamaşalar verib. Teatrın fəaliyyəti Hacıağa Abbasovun və görkəmli sənətkar Mirzəağa Əliyevin adı ilə bağlı olduğundan xalq arasında “Hacımirzə” teatrı kimi tanınırdı. Məhz bu teatrın səhnəsində H.Abbasov özünün ən çox sevdiyi Şeyx Nəsrullah (“Ölülər”, Cəlil Məmmədquluzadə) rolunu 50 dəfədən çox oynamışdı. Aktyor “Ulduz” jurnalının 1974-cü il 5-ci nömrəsində dərc etdirdiyi məqaləsində yazırdı: “Bu obraz mənim ifamda Mirzə Cəlilin çox xoşuna gəlirdi”.

Görkəmli aktyor həm də maarif fədaisi idi. Onun fəaliyyətə başladığı dövr qaragüruhun xalqın maariflənməsinə ciddi əngəl törətdiyi illər idi. O, mövhumatın güclü olduğu kəndlərdə məktəblərin açılması, qızların məktəbə cəlb olunması işində fəal iştirak edirdi. Elə doğma Maştağa kəndində yaratdığı məktəb üçün az çalışmamışdı.

İkinci Dünya müharibəsi illərində o, respublika Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi rəisi vəzifəsində çalışırdı. Qazax, Şamaxı, Göyçay, Zaqatala və Bərdədə teatrların yaradılması bilavasitə onun adı ilə bağlıdır. H.Abbasov Azərbaycanı kənd-kənd, oba-oba gəzir, istedadlı gəncləri toplayır, onlara kömək edirdi. O, Adil İsgəndərovu Gəncədən Bakıya gətirmiş və onun Moskvaya oxumağa göndərilməsinə nail olmuşdu. Görkəmli sənətkar tez-tez Bakının Balaxanı, Sabunçu, Zabrat, Əmircan, Keşlə, Maştağa, Nardaran və Mərdəkan kəndlərində zəhmətkeşlər qarşısında maraqlı çıxışlar edirdi. Bir sözlə, o, bütün yaradıcı gücünü səhnəyə, xalqın maariflənməsinə həsr etmişdi.

1927-ci ildə Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunan H.Abbasov burada özünü bacarıqlı, fədakar bir mədəniyyət xadimi kimi göstərə bildi. Azərbaycan teatrının inkişafında yorulmadan çalışan H.Abbasov hər şeydən əvvəl yeni aktyor nəslinin yetişdirilməsinin qayğısına qalırdı. Məhz bu keyfiyyətləri nəzərə alınaraq onu 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbər təyin etmişdilər. Burada o, ilk növbədə, teatrı bacarıqlı rejissor və aktyorlarla təmin etmək qayğısına qalırdı. Bu illərdə o, Azərbaycan səhnəsi üçün bütöv bir aktyor nəsli yetişdirmişdi. Həmin aktyorların bir çoxu - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı - təkcə Azərbaycanda deyil, ozamankı Sovet İttifaqı məkanında geniş tanınan sənətkarlar idilər. Bütün bu xidmətlərinə görə H.Abbasov 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görüldü.

H.Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan bir-birindən gözəl obrazlar yaradıb. Bu sırada Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində Hacı Qəmbər, Nəriman Nərimanovun ”Nadir Şah” əsərində Mirzə Mehdi xan, “Şamdan bəy”də Şamdan bəy, Şəmsəddin Saminin “Dəmirçi Gavə” əsərində Qubad , Nikolay Qoqolun “Müfəttiş” əsərində Osip, S.L.Lanskoyun “Qəzavat” əsərində Molla Hüseyn Dərbəndi, Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, “Ər və arvad”da Kəblə Qubad, Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” əsərində Orduxan bəy, “Evliykən subay”da Kəblə Hacı rolu kimi bir-birindən dolğun obrazlar silsiləsini qeyd etmək olar.

Görkəmli aktyorun həyat yolu heç də asan keçməyib. O, repressiyaya məruz qalıb, uzun müddət təqib olunub. Orta Asiyada məcburi sürgün həyatı yaşayarkən burada səhnə fəaliyyətini davam etdirib, teatr truppaları, dərnəklər yaradıb.

H.Abbasov özünün keçdiyi çətin həyat yolunu, səhnə və ictimai fəaliyyətini 1973-cü ildə Azərbaycan teatrının 100 illiyi münasibəti ilə nəşr etdirdiyi ”Xatirələrim” kitabında geniş əks etdirib. Əsər Bakının əhalisi, ictimai-siyasi həyatı, coğrafiyası, etnoqrafiyası haqqında maraqlı məlumatlarla zəngindir. Bu baxımdan “Xatirələrim”i Bakı tarixinə aid qiymətli mənbə saymaq olar.

Hacıağa Abbasov 1975-ci il mayın 7-də Bakıda dünyasını dəyişib və 2-ci Fəxri xiyabanda dəfn olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib