Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İtaliyadakı səfiri erməni diplomatın sayıqlamalarına tutarlı cavab verib

Azərbaycanın İtaliyadakı səfiri erməni diplomatın sayıqlamalarına tutarlı cavab verib

Roma, 20 sentyabr, AZƏRTAC

İtaliyanın “il Sussidario” qəzeti Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetin redaksiyasına göndərdiyi məktubunu dərc edib. Azərbaycan səfiri məktubunda Ermənistanın bu ölkədəki səfirinin həmin qəzetə dezinformasiya xarakterli müsahibəsinə tutarlı arqumentlərlə cavab verib.

AZƏRTAC xəbər verir ki, M.Əhmədzadənin məktubu bu fikirlərlə başlayır: “Erməni səfirinin müsahibəsi şikayətlər, ittihamlar, yalan və təhriflərlə dolu olmasaydı, çox təəccüblənərdim, çünki o, özünün və ümumilikdə erməni tərəfinin adəti olaraq düşünür ki, bütün dünya onların dediklərinə kor-koranə inanmalı və Ermənistanı hər bir vəziyyətdə, hətta problemlərinin səbəbkarı özləri və siyasi rəhbərlikləri olanda belə dəstəkləməlidir. Görünən odur ki, xaricdəki ilk diplomatik vəzifəsində çalışan erməni səfiri üçün bir neçə illik bu az müddət öz fəaliyyət tərzini və danışıq üslubunu diplomatik etiketə uyğunlaşdırmağa kifayət etməyib. Lakin bu dəfə səfir həqiqətən də bütün sərhədləri aşaraq beynəlxalq ictimaiyyəti, Avropa institutlarını və müstəqil mətbuatı sərt tənqid etməyi özünə icazə verərək onları ölkəsinin Azərbaycana qarşı hərbi hücumlarına dəstək verməməkdə ittiham edib. Amma əslində, üç onillik ərzində Azərbaycan torpaqlarını hərbi işğal altında saxlayan, bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoyan, işğal olunmuş bütün əraziləri yerlə-yeksan edən bir ölkənin təmsilçisindən fərqli davranış gözləmək mümkün deyil”.

Fikirlərinə davam edən Azərbaycan səfiri bildirir: “Görünən odur ki, yalnız öz təxəyyülündə özünü “demokratik” bir ölkənin təmsilçisi hesab edən bir səfirə onun fikrindən başqa fikirlərə minimum səviyyədə dözümlülük nümayiş etdirmək düzgün görünmür. Bir çox müstəqil analitiklərin vurğuladığı kimi Ermənistanda baş nazirin bütün hakimiyyəti qəsb etdiyi və siyasi qeyri-sabitlik və dərin iqtisadi və sosial problemlər ucbatından vətəndaşların davamlı olaraq başqa ölkələrə qaçması kimi fəlakətli vəziyyət hökm sürdüyü bir halda səfirin söylədiyi “Ermənistanda demokratiya” nağılları çox gülüncdür. Mən həmkarıma sadəcə olaraq Ermənistanın sabiq prezidenti ilə bağlı epizodu xatırlatmaqla kifayətlənmək istəyirəm. O sabiq prezident ki, həmin səfirin onun İtaliyaya səfərini təşkil etməsindən cəmi bir neçə həftə sonra ölkədən qaçaraq istefa verdi və istefasının səbəbini də öz vəzifəsini həyata keçirmək üçün yetərincə səlahiyyətlərə malik olmaması ilə əsaslandırdı, çünki həmin səlahiyyətlər baş nazir tərəfindən qəsb edilmişdi. Müstəqillik əldə etməsindən keçən 30 ili ərzində Ermənistan müstəqil ölkə ola bilməyib, uğursuz dövlət (failed state) hesab olunur və bunun əsas səbəbi də qonşularına münasibətdə düşmənçilik siyasəti yürütməsindədir”.

M.Əhmədzadə erməni səfirin ölkəmizlə bağlı sayıqlamalarının kökündə paxıllıq hissindən başqa heç nəyin dayanmadığını və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi mühüm uğurları həzm edə bilmədiyini bildirib. Səfir ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial sahələrə aid bu uğurlar arasında Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirdiyini, ölkəmizin həyata keçirdiyi strateji layihələrin bütün regionun geosiyasi mənzərəsini dəyişdirdiyini, torpaqlarımızın Ermənistanın silahlı qüvvələri tərəfindən törədilmiş ağrılı-acılı və dəhşətli hərbi işğalından azad edildiyini vurğulayıb və Prezident İlham Əliyevin Çernobbio Beynəlxalq Forumunda çıxışındakı fikirlərinə istinad edərək Azərbaycan üçün əsas məsələnin müstəqil bir ölkə kimi özünü xarici amillərdən müdafiə etmək olduğunu, çünki ölkəmizin daxilən artıq inteqrasiya etdiyini və daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyin olduğunu deyib.

Erməni səfirin Qarabağ məsələsinin Azərbaycan üçün torpaq, erməni tərəfi üçün isə orada yaşayan insanlarla bağlı problem olduğu kimi iddialarına, vaxtilə işğal olunmuş ətraf rayonları “təhlükəsizlik buferi” adlandırmasına münasibətdə M.Əhmədzadə bildirib: “Artıq Qarabağ məsələsi deyilən bir problem yoxdur, çünki Azərbaycan BMT-nin qətnamələri əsasında bu problemi həll edib. Qarabağ və işğaldan azad edilmiş bütün digər ərazilər Azərbaycanın tarixi əraziləridir və ölkəmizə məxsusdur. Bu ərazilərin azad edilməsi bizim üçün həm də mənəvi məsələ idi. Çünki bu ərazilər Ermənistanın 800 minə yaxın azərbaycanlını oradan qovduğu, 30 ildir azərbaycanlıların öz əcdadlarının məzarlarını ziyarət etmək və orada yenidən yaşamaq üçün geri dönmələrini gözlədikləri ərazilərdir. Bu, Ermənistanın işğalı zamanı Azərbaycan xalqının bütün izlərini silməyə çalışdığı və Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunələrinin, o cümlədən ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin yerləşdiyi ərazilərdir. Erməni səfirinin “təhlükəsizlik buferi” adlandırdığı uğursuz əsaslandırması isə onun ölkəsinin Azərbaycana qarşı uzunmüddətli hərbi təcavüzünü etiraf etməsindən başqa bir şey deyil”.

Azərbaycan diplomatı məktubuna bu fikirlərlə davam edib: “Erməni səfirinin enerji mövzusu ilə bağlı sayıqlamaları isə natamamlıq kompleksinin daha bir təzahürüdür və bunun xüsusi şərhə ehtiyacı yoxdur. Sadəcə olaraq qeyd etmək istərdim ki, enerji mövzusunun Ermənistanla Azərbaycan arasındakı məsələ ilə heç bir əlaqəsi yoxdur. Mənim ölkəm uzun müddətdir ki, Avropanın karbohidrogenlərin tədarükçüsü olaraq etibarlı tərəfdaşıdır və bu, Ermənistanın ərazilərimizi işğal etdiyi uzun illər ərzində də belə olub, həmin vaxtlarda heç kim Ermənistanı silahlı qüvvələrini bizim ərazilərdən çıxarmağa məcbur etməyib”.

Son günlərdə dövlət sərhədi boyunca baş verənləri erməni səfirinin təhrif edilmiş şəkildə təqdim etməsinə münasibətdə M.Əhmədzadə bildirib: “Səfirin bu günlərdə baş verən hadisələrlə bağlı fantaziyalarına gəlincə, qeyd etmək istərdim ki, baş verənlərin kökündə Azərbaycanın Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədində növbəti bir irimiqyaslı hücumunun qurbanı olması faktı dayanır. Azərbaycan Silahlı Qüvvələri erməni təxribatını qətiyyətlə dəf etdi. Bu təxribat iki ölkə arasında normallaşma prosesinə ağır zərbədir. Bunun üçün bütün məsuliyyət 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasından sonra da ölkəmə qarşı ərazi iddiaları irəli sürməkdə davam edən və Azərbaycan ərazilərinə mina yerləşdirməklə mülki insanların ölümünə səbəb olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Təsadüfi deyil ki, Ermənistanın son təxribatları iki ölkə arasında münasibətlərin normallaşması üçün danışıqlara başlanması barədə razılıq əldə olunduğu Brüssel görüşündən iki həftə sonra baş verdi. Heç kimə sirr deyil ki, Ermənistanın bu təxribatları törətməkdə məqsədi sülh danışıqlarından qaçmaq üçün bəhanə tapmaq, habelə məsələyə üçüncü tərəfləri cəlb etmək və gərginlik coğrafiyasını genişləndirmək olub”.

M.Əhmədzadə təxminən 30 ildir hərbi təcavüzdən əziyyət çəkən, bu gün işğaldan azad edilmiş ərazilərdə əsaslı yenidənqurma işlərinə böyük sərmayələr yatıran ölkəmizin sülh istədiyini və sülh gündəliyi ilə çıxış etdiyini bildirərək vurğulayıb: “Biz dəfələrlə qarşı tərəfi qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün tanınması, beynəlxalq sərhədlərin toxunulmazlığı, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiyaların açılması da daxil olmaqla beş əsas prinsip əsasında sülh müqaviləsi imzalamağa dəvət etmişik. Amma Ermənistan normallaşma prosesini ləngidir, revanşist iddialarını davam etdirir, eyni zamanda, özünü yenidən qurban kimi təqdim edərək beynəlxalq ictimaiyyəti dezinformasiyasının tələsinə salmağa çalışır”.

Azərbaycan səfiri məktubunda son günlər baş verənlərə münasibətdə obyektiv mövqe tutan, faktları olduğu kimi təqdim edən İtaliyanın kütləvi informasiya vasitələrinə, habelə erməni təbliğatına inanmayan, öz mövqeyində obyektivliyi qoruyub saxlayan və Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalanmaq üçün danışıqlara dəvət edən İtaliya siyasi dairələrinin nümayəndələrinə təşəkkürünü bildirib.

M.Əhmədzadə məktubunu erməni səfirinə ünvanlanan bu fikirlərlə tamamlayıb: “Mən həmkarımı qarşıdakı müsahibələrində daha peşəkar davranmağa, İtaliya ictimaiyyətini dezinformasiya ilə yormamağa və diqqəti müharibənin qızışdırılmasına deyil, ölkələrimiz arasında sülh gündəliyinə yönəltməyə dəvət edirəm”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Azərbaycan Hava Yollarının Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırılıb

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər