Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın koloritli kəndləri: Xınalıq

Bakı, 2 mart, AZƏRTAC

Qədim dağ kəndi Xınalıq Qubanın mərkəzindən 65 kilometr məsafədə yerləşir. Kənd ərazisi dövlət tarix-memarlıq və etnoqrafik qoruq elan edilib və onu açıq səma altında muzey adlandırmaq olar. Burada ənənəvi həyat tərzi və özünəməxsus memarlıq qorunub saxlanılır. Yerli əhali isə dünyanın hər yerindən etnoloq-alimlərin diqqətini cəlb edən özünəməxsus dildə danışır. Turistləri isə Xınalığa cəlb edən yerli əhalinin qonaqpərvərliyi və ulduzlu səma altında dağ mənzərələridir.

Naturadan portret

Xınalıq kəndi Qafqaz dağlarının zirvələrindən birində, Qızıl Qaya, Şahdağ, Tufandağ və Xınalıq dağlarının əhatəsində, Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir. Tufandağın Xınalıqla üzbəüz olmasının kənd sakinləri üçün xüsusi mənası var. Rəvayətlərdən birinə görə, bu dağda 1000 il əvvəl güclü zəlzələ nəticəsində dağılmış qədim kəndin xarabalıqları yerləşir. Hesab edilir ki, Xınalığın əsasını qoyanlar elə həmin kəndin sakinləri olub.

Buranın iqlimində ağac bitmir, yalnız otlar və kollar, habelə kənd təsərrüfatı bitkiləri yetişir. Payızın əvvəlindən bu yerlərdə soyuqlar başlayır. Qış soyuq və qarlı keçir, şaxta mənfi 30 dərəcəyədək enə bilər.

Terras formasında (bir evin damı ondan hündürdə tikilmiş digər ev üçün həyət rolu oynayır) tikilən daş evlər Xınalığın bənzərsiz görünüşünü formalaşdırır. Belə ki, burada qayalar çox sıldırımlıdır, evlər isə sıx tikilib. Həyətlərdə kiçik bostan salınıb. Evlər 200-300 il əvvələ aiddir. Kənddə daha qədim tikililər var. Qoruq olan Xınalıqda yeni tikinti aparmaq qadağan edildiyi üçün kənd ilkin memarlıq simasını qoruyub saxlayıb.

İndiyə qədər Xınalıqda evlər təzəklə qızdırılır. Vaxtilə yanacağın bu növü Azərbaycanda geniş yayılmışdı.

Xınalıqlılar kəndi “Kətiş”, özlərini “Kət” və ya “Kəttid”, öz dillərini isə “Kətiş mitsl” adlandırırlar. “Xınalıq” adı sonradan yaranıb: bu ya xına rəngli qayalar, ya da hun tayfasının adı ilə bağlıdır.

Özünəməxsusluğun mənbələri

Xınalıq kəndinin sakinləri özlərini ayrıca etnik qrupa aid edirlər. Bu, Qəbələnin Nic kəndində yaşamış uti tayfalarına qohumluğu çatan, Şahdağ etnik qrupuna aid milli azlıqdır. Xınalıqdan Qəbələyə kəsə dağ yolu indiyədək qalır, kəndin sakinləri ötən əsrin ortalarınadək qonşu kəndə alış-veriş üçün gedərdilər.

Xınalıqlılar möhkəm bədən quruluşu, bir qayda olaraq bəstə boyu, şabalıdı rəngli saçları, qonur və ya mavi gözləri ilə seçilirlər. Bu etnosun öz dili var. Xınalıq dili haqqında ilk məlumata Avropa mənbələrində - R.Fon Erkertin 1895-ci ildə Vyanada alman dilində nəşr edilmiş "Qafqaz köklü dillər" kitabında rast gəlinir. Müəllif xınalıq dilinin qrammatika və frazeologiyasına toxunub. Xınalıq dilini öyrənmək üçün XX əsrdə kənddə SSRİ Dilçilik İnstitutunun xüsusi filialı yaradılıb. Burada işləyən dilçilər bu dilin latın qrafikası əsasında əlifbasını tərtib ediblər. Bir məlumata görə əlifba 72, digər məlumata görə 77 hərfdən ibarətdir.

Hazırda Xınalıq kəndində 2 min nəfərədək əhali yaşayır. Kənd sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Onların ətraf mühitlə sıx əlaqədə olan özünəməxsus adətləri var. Toylar və digər mərasimlər nəsildən-nəslə ötürülən adətə uyğun keçirilir.

XX əsrin ortalarınadək Xınalıqda icma münasibətləri qalırdı. Burada yaşayan hər tayfanın öz məhəlləsi, qəbiristanlığı, məscidi və müqəddəs yerləri olub. İndi də kənd ayrı-ayrı tayfaların yaşadığı məhəlləyə bölünür. Bəzən bu məhəllələr inzibati ərazi vahidi rolunu oynayardı. Hər məhəllənin öz ağsaqqalı olardı. Bu gün Xınalıqda əsasən dörd tayfanın nümayəndələri yaşayır.

Şəhərə yol uzun və çətin olduğu üçün kənd sakinləri oraya ildə cəmi bir-iki dəfə gedər, yayda öz məhsullarını satar, ərzaq və digər lazım olan şeyləri alıb evə qayıdardılar.

Xınalıq əhalisinin hamısı dindardır. Xınalıqlılar İslama qədər atəşpərəst olublar. İslam dini qəbul edildikdən sonra burada çoxlu sayda məscid tikilib. Hazırda kənddə 10-dan çox tarixi məscid qorunub saxlanılır.

Səyahətçilər üçün cəzbedici məkan

Kənd əhalisi heyvandarlıq, əsasən qoyunçuluqla məşğul olduğundan burada toxuculuq geniş yayılıb. Xınalıqda yun sapdan toxunan şallar vaxtilə bütün Quba qəzasında məşhur olub. Ətraf kəndlərin sakinləri onu paltar tikmək üçün alardılar. Keçmişdə yun şaldan tikilən çuxa milli geyim olub, bunu əsasən zəngin adamlar geyinə bilərdilər. Xınalıqda, eləcə də Azərbaycan regionlarının bir çox digər kəndlərində cürbəcür qalın yun corablar geniş yayılıb.

Yerli əhalinin əsas məşğuliyyətindən biri dərman bitkiləri toplamaqdır. Onları həm özləri üçün, həm də turistlərə satmaq məqsədilə yığırlar.

Avqust ayından Xınalıqda bal mövsümü başlayır. Dağ balının bənzərsiz dadı və ətri olur. Kənd əhli balı 70 dərdin dərmanı adlandırır. Payızda keçi əti mövsümü başlanır. Onun xüsusi dadı olur.

Bu özünəməxsus kəndə gələn turistlər adətən qonaqpərvər sakinlərin evində qalırlar. Ekoturizm həvəskarları çadırlarda qala bilər.

Kənddən dağ yolu ilə Şah yaylağına keçərək Xınalıq aşırımından Qızıl Qaya dağ massivinə (3700 metr) qalxmaq olar. Buraya ən yaxın kəndlərdən biri Qusar çayının sahilində yerləşən ləzgi kəndi Lazadır. Otuz kilometr məsafəni ya atla, ya da dağ cığırı ilə getmək olar. Xınalıq sakinləri turistlərə, həmçinin milli güləş, at yarışları və bazarların keçirildiyi Şah Nabat yaylağına atla turlar təşkil edə bilər.

Lakin Xınalıq təkcə qədim adət-ənənələri ilə tanımır, bu yerlərdə... "qar adam”ı da görənlər olub. Bu hadisə 1988-ci ildə baş verib, gənc ovçu Babəli Babəliyev daş duza gələn dağ keçilərini ovlamaq üçün Xınalıq ətrafındakı mağaraların birində pusqu qurub. Mürgüləyən ovçunu öz bədəni ilə mağaranın ağzını tutan məxluq oyadıb. Gözlərini açan Babəli qarşısında səssiz dayanaraq ona baxan insanabənzər bədheybət məxluqu görüb. Qorxudan ovçunun əl-ayağı tutulub, yanındakı tüfəngi götürə bilməyib. Bir qədər dayanan “qar adam” sonradan çıxıb gedib. Bu hadisədən sonra Babəli uzun müddət özünə gələ bilməyib və o mağaradan uzaq gəzib.

Sözardı

Yolunuz Xınalıq kəndinə düşsə, burada 2001-ci ildə açılmış tarix-etnoqrafik muzeyə getməyi unutmayın. Onun nadir eksponatları sizə Xınalığın qədim və maraqlı tarixi ilə ətraflı tanış olmağa imkan yaradar. Ümumi sahəsi 160 kvadratmetr olan iki zalda ənənəvi qab-qacaq, geyim, xalçalar, avadanlıq, əslən bu kənddən olanların fotoşəkilləri və digər maraqlı eksponatlarla tanış olmaq mümkündür.

Dağ turizmi həvəskarları Xınalığa səfərin özəllikləri barədə zəruri informasiyanı Quba Turizm İnformasiya Mərkəzindən ala bilərlər.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır