Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində “qaynar xətt” yaradılıb
Rabat, 16 mart, AZƏRTAC
Ölkəmizin Mərakeş Krallığındakı Səfirliyi koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Mərakeş, Portuqaliya, Tunis, Seneqal, Qambiya, Mali və Mavritaniyada yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımızı diqqətli olmağa çağırır və mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə səfirliyinin “qaynar xətt”i ((+212) 762 74 35 35) yaradılıb.
AZƏRTAC xəbər verir ki, yuxarıda sadalanan ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlardan səfirliyin [email protected] elektron poçtu vasitəsilə də əlaqə saxlayaraq, Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyində konsul qeydiyyata düşmələri xahiş olunur.
Eyni zamanda, yeni koronavirusdan səmərəli şəkildə qorunmaq üçün şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etmək, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmaq və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinmək tövsiyə olunur.
Mərakeş Krallığı, Portuqaliya və Tunisdə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımız koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda aşağıdakı müvafiq dövlət orqanlarının “qaynar xəttlər”inə müraciət edə bilərlər:
Mərakeş Krallığının Səhiyyə Nazirliyi (qaynar xətt):
“Allo Yakada”: (+212) 0801004747
“Allo SAMU”: (+212) 141
Portuqaliya Milli Səhiyyə Xidmətinin Əlaqə mərkəzi (“qaynar xətt”)
Portuqaliya (kontinent) - (+351) 808 24 24 24 (İngilis dili üçün 9 düyməsi)
Azor adaları - (+351) 808 24 60 24
Madeyra adası - (+351) 800 24 24 20
Tunis Respublikasının Səhiyyə Nazirliyi:
“Qaynar xətt”: (+216) 80 10 19 19
“Allo SAMU”: (+216) 190
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat