Azərbaycanın Misirdəki səfirliyində "qaynar xətt" yaradılıb
Qahirə, 16 mart, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımız üçün “qaynar xətt” yaradıb.
Səfirlikdən AZƏRTAC-ın müxbirinə bildirilib ki, Misirdəki diplomatik missiyamızda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” ( +20 1029490486) yaradılıb.
Misirdə fəaliyyət göstərən diaspor təşkilatı da "qaynar xətt"lə əlaqədar Qahirə universitetlərində təhsil alan tələbələri məlumatlandırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə