AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ MOSKVAYAGETMİŞDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 29-da Moskvaya yola düşmüşdür.
İclasda MDB ölkələri silahlı qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaqdır.