AZƏRBAYCANIN NİDERLAND KRALLIĞINDAKI SƏFİRLİYİNDƏ DİASPOR NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Niderland krallığında yenicə fəaliyyətə başlamış Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov iyunun 2-də ölkənin inzibati mərkəzi sayılan Haaqada Benilüks Azərbaycanlıları Konqresi (BAK) idarə heyətinin üzvləri ilə görüşmüşdür.
Səfir son illər olkəmizin diplomatik sahədəki uğurları, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi və iqtisadi qüdrətinin artması barədə məlumat vermiş, BAK təşkilatının da uğurlu işinin Azərbaycanda təqdir edildiyini bildirmişdir.
BAK-ın sədri Sahil Qasımov rəhbərlik etdiyi qurumun Azərbaycanla bağlı həqiqətləri Hollandiyada, Belçikada və Lüksemburqda təbliği sahəsində gördüyü işlərdən söhbət açmış, təşkilat üzvlərinin ölkəmizi layiqincə təmsil etdiklərini bildirmişdir. O, Hollandiyada diasporun təşkilatlanmasında və güclənməsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyini həmişə hiss etdiklərini bildirmişdir.
BAK sədrinin müavini Elsevər Məmmədov və İraq Türkmən Cəmiyyətləri başqanı Guney Avçı belə görüşlərin ümumi işə faydasını vurğulamışlar.
Səfir F.İsgəndərov BAK-a Heydər Əliyev Fondu tərəfindən buraxılmış “Qarabağ xanəndələri” musiqi albomunu hədiyyə vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]