Azərbaycanın ötən il xaricə təbii qaz satışı 15,6 faiz artıb
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan keçən il xaricə təbii qaz satışını 15,6 faiz artırıb.
AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, 2020-ci ildə ölkədə 37,1 milyard kubmetr (proqnozdan 1 milyard kubmetr, yəni 2,6 faiz az) qaz hasil edilib. Əvvəlki ilə görə isə 1,5 milyard kubmetr, yəni 4,2 faiz çox qaz hasil olunub. Qaz həcmlərinin 7,3 milyard kubmetri SOCAR-ın, 11,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 18,1 milyard kubmetri isə “Şahdəniz” yatağının payına düşüb.
İl ərzində xaricə qaz satışı 13,5 milyard kubmetr (proqnozdan 590 milyon kubmetr az) olub. Əvvəlki illə müqayisədə xaricə qaz satışı ümumilikdə 1,8 milyard kubmetr, yəni 15,6 faiz çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]