AZƏRBAYCANIN “QARABAĞ” KOMANDASI SƏFƏRDƏ FİNLANDİYANIN “HONKA” KLUBUNA 1:0 HESABI İLƏ QALİB GƏLMİŞDİR
Bakı, 30 iyul (AZƏRTAC). Azərbaycanın “Qarabağ” komandası iyulun 30-da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Honka” klubunun futbolçuları ilə qarşılaşmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən matçın 69-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Elvin Məmmədov topu rəqib komandanın qapısından keçirmişdir. “Honka”-“Qarabağ” qarşılaşması 0:1 hesabı ilə başa çatmışdır.
Oyunu lüksenburqlu hakimlər briqadası idarə etmişdir.
Cavab qarşılaşması avqustun 6-da Bakıda keçiriləcəkdir.
Xatırladaq ki, Ağdam futbolçuları Avropa Liqasının ikinci təsnifat mərhələsində Norveçin güclü “Rusenborq” klubuna iki oyunun nəticəsinə görə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]