Azərbaycanın Qarsdakı baş konsulluğu Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mərasim keçirmişdir
Ankara, 25 fevral (AZƏRTAC). Azərbaycanın Qarsdakı baş konsulluğu Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mərasim keçirmişdir.
Qars Qafqaz Universiteti, valiliyi, bələdiyyəsi və şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov Xocalı faciəsi, torpaqlarımızın işğalı və ermənilərin törətdikləri digər qətliamlar barədə məlumat vermişdir. Diplomat qeyd etmişdir ki, demokratiya və insan haqlarından dəm vuran bəzi ölkələr yaxın tariximizdə törədilmiş Xocalı soyqırımını görmək istəmirlər. Bildirilmişdir ki, bu qətliamın günahkarları - Ermənistanın hazırkı və keçmiş prezidentləri, digər vəzifəli şəxsləri ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Tədbirdə çıxış edən Qars valisinin müavini Murat Demirçi, bələdiyyə sədrinin müavini Heydər Yılmaz, Ədalət və İnkişaf Partiyası Qars təşkilatının sədri Ensar Erdoğdu Azərbaycanda, Anadolunun cənub-şərq bölgəsində erməni quldur dəstələri tərəfindən törədilmiş qətliamlardan bəhs etmişlər.
Mərasim iştirakçıları Heydər Əliyev Fondunun təqdim etdiyi “Xocalı qətliamı” sənədli filminə baxmışlar.
Xocalı faciəsi qurbanlarının xatirəsi Qarsın məscidlərində Cümə namazından öncə oxunan xütbələrdə də anılmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]