AZƏRBAYCANIN QAZAXISTANDAKI SƏFİRİ MƏCLİSİN KOMİTƏ SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səfir Dağlıq Qarabağ məsələsində Qazaxıstanın ölkəmizi dəstəklədiyinə görə minnətdarlıq edərək bildirmişdir ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir.
S.Əbdürrəhmanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumatı olduğunu bildirmiş, 1990-cı ildə Qazaxıstan prezidenti ilə onun müşaviri kimi Gəncə və Xankəndi şəhərlərində müxtəlif görüşlərdə iştirak etdiyini vurğulamışdır.
Komitə sədri ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafının vacibliyini qeyd etmiş, deputat qruplarının qarşılıqlı səfərlərinin zəruri olduğunu və Məclisdə belə bir təkliflə çıxış edəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]