Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Rus İcması Rusiyanın baş prokuroruna müraciət edib

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycanın Rus İcması “Tsarqrad” telekanalının saytında dərc edilmiş təhrikçi xarakterli məqalə ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru İqor Krasnova müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli İqor Viktoroviç! Azərbaycanın rus icması “Tsarqrad” telekanalının saytında dərc edilmiş “Ruslar, getməyin, bizə kölələr və fahişələr lazımdır!” sərlövhəli məqalənin müəllifi Vladimir Xomyakovun Azərbaycan və rus xalqları arasında etnoslararası münaqişəyə təhrik etmək, düşmənçilik və nifrət hissi oyatmaq cəhdlərini qətiyyətlə pisləyir. Məqalə etnoslararası münaqişəni qızışdırmağa təhrik etməklə bərabər, tarixi tamamilə təhrif edir, faktları və hadisələri saxtalaşdırır. Hər şeydən əlavə, bu məqalə fevralın 26-da, Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsinin ildönümü günündə dərc edilib. 1992-ci ilin həmin günündə erməni silahlıları bir gecədə Xocalının 613 günahsız sakinini - qocaları, qadınları və uşaqları qəddarlıqla qətlə yetiriblər.

Mən rusam. Həmin dövrdə Bakı şəhərinin Nizami rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışırdım və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələr mənə çoxlarından daha artıq tanışdır. Mənim maşınım dəfələrlə, özü də “silahlılar” tərəfindən deyil, sovet ordusunun hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdu.

Məqalənin müəllifi Xomyakovun yazdıqları yalan, böhtan, faktların təhrif edilməsidir.

Xomyakov Bakının adi vətəndaşlarını “silahlılar” adlandırır, lakin içərisində insanlar olan maşınları tanklarla əzən, şəhərin adi vətəndaşlarını güllələyən həmin “silahlılar” deyil, sovet döyüşçüləri idi.

Həmin döyüşçülər tərəfindən qətlə yetirilənlər arasında ruslar, yəhudilər, digər millətlərə mənsub şəxslər də vardı. Təcili yardım maşınının həkimi həlak olub, uşaqlar həlak olub, gənc ər-arvad Allahverdiyevlər, Vera Bessantina, Boris Yefimçev, Vladimir Tokayev, Valeri Boqdanov, Vladimir Semyonov, Aleksandr Marxevka, Oleq Yusupov, Yan Meyeroviç, Andrey Nişşenko və başqaları atəşə tutularaq həlak olublar.

Vladimir Xomyakov bu adamları da “silahlılar” sayır? Həmin günlərdə bütün Azərbaycan xalqı - azərbaycanlılar, ruslar, yəhudilər, ukraynalılar və digərləri ümid edirdilər ki, SSRİ-nin rəhbəri ədalətli qərar qəbul edəcək, Ermənistanda yaşayan, heç bir təqsiri olmayan azərbaycanlıları qətlə yetirmiş, 300 mindən çox azərbaycanlını Ermənistandan qovmuş erməni millətçilərin azğın hərəkələrinə son qoyacaq.

Məhz erməni millətçilərinin bu cür hərəkətləri Bakı və Sumqayıt şəhərlərinin hiddətlənmiş sakinlərini provokasiyaya sövq edir, Ermənistandan üzgün halda qaçmış azərbaycanlıların üz tutduğu Bakıda çoxsaylı mitinqlər keçirilirdi.

Məqalənin müəllifi Xomyakov XVII-XVIII əsrlərdə Azərbaycan dövlətinin, yoxsa ayrı-ayrı xanlıqların mövcud olması barədə də nahaq mühakimə yürüdür. Vaxtilə Rusiyada da knyazlıqlar mövcud idi, onlar öz aralarında vuruşurdular.

Mən tam məsuliyyətlə bəyan edə bilərəm ki, Xomyakov həmin günlərdə guya rusların döyülməsi, öldürülməsi, küçələrdə əllərində “Ruslar, getməyin, bizə kölələr və fahişələr lazımdır!” sözləri yazılmış plakatlar olan izdiham barədə dedikləri doğru deyil (bunu yalan adlandırmaq istəmirəm).

Həmin günlərdə mən Xalq Cəbhəsinin liderləri ilə dəfələrlə görüşmüşəm və onlar həqiqətən məndən xahiş ediblər ki, rus əhali ilə görüşlər keçirilməsinə kömək edim. Belə görüşlər keçirildi. Rusların nəinki öldürülməsi, hətta döyülməsi ilə bağlı heç bir fakt olmayıb.

1993-cü ildə xalqın təkidli çağırışı ilə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev ölkədə özbaşınalığı və hərc-mərcliyi dayandırdı, Milad bayramı günlərində (1994-cü il yanvarın 10-da) rus əhali qarşısında çıxış etdi və onlarda özlərinin və uşaqlarının Azərbaycan Respublikasında gələcəyinə inam hissi yaratdı.

Azərbaycan həmişə çoxmillətli ölkə olub, ölkə ərazisində yaşayan bütün millətlərin, bütün xalqların hüquqlarına və ləyaqətinə hörmətə zəmanət vermək bacarığı ilə məşhur olub.

Multikulturalizm, həmrəylik, çoxkonfessiyalılıq - bu sözlər çoxdan Azərbaycanın sərvətinə çevrilib. Etnik müxtəliflikli ölkədə müxtəlif etnik qrupların dinc yanaşı yaşaması üçün hər cür şərait yaradılır, hər kəsin hüquqlarının müdafiəsi təmin edilir.

Azərbaycanın rus diasporu müasir Rusiyanın hüdudlarından kənarda rusların ən iri diasporlarından biridir. Bu gün Azərbaycanda 120 mindən çox etnik rus vətəndaş yaşayır. Onlar həmişə özlərini Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları hesab ediblər. Üstəlik, qonşu Ermənistanla çoxdan davam edən münaqişəyə baxmayaraq, bu gün Azərbaycanda on mindən çox erməni yaşayır.

Ruslar özlərinə səmimi və xoş münasibəti görəndən sonra azərbaycanlılarla çiyin-çiyinə erməni işğalçılara qarşı birləşib və Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməyə başlayanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşublar. 90-cı illərin əvvəlində Qarabağ müharibəsi dövründə onların çoxu həlak olub. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov, İqor Makeyev və Azərbaycanın çoxsaylı digər etnik rus vətəndaşları Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşub, orden və medallarla təltif ediliblər.

Biz, Azərbaycanda yaşayan ruslar məqalə müəllifinin yazdığı kimi özümüzü “repressiyaya məruz qalmış xalq” hesab etmirik və xüsusən Vladimir Xomyakov kimilərin bizi müdafiə etməsinə ehtiyacımız yoxdur.

Biz öz doğma rus dilimizdə sərbəst danışırıq, uşaqlarımız rus məktəblərinə gedir, ali məktəblərdə rus dilində oxuyurlar. Rus dilində kitablar, jurnallar və qəzetlər oxuyur, telekanallara baxırıq.

Bu gün Vladimir Xomyakovun məqaləsini oxuyanda görürük ki, bu, tarixin qəsdən təhrif edilməsi, dezinformasiya və ilk növbədə, hər iki xalqa təhqirdir. “Tsarqrad” telekanalının saytında yerləşdirilmiş məqalə həqiqəti əks etdirmir. Jurnalist öz fikirlərini obyektiv şərh etməli, bu zaman mötəbər mənbələr istinad etməlidir. İndiki halda aşkar görünür ki, V.Xomyakovun məqaləsi sifarişlə yazılıb, bilərəkdən etnoslararası münaqişənin qızışdırılmasına yönəlib və buna görə cinayət məsuliyyəti doğurur.

Azərbaycanın Rus İcması sizdən dönə-dönə xahiş edir, bu provokasiyaya ciddi diqqət yetirəsiniz, Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və “İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması haqqında” 27 iyul 2006-cı il tarixli Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması baxımından müvafiq yoxlama aparasınız və məqalə müəllifi Vladimir Xomyakovu məsuliyyətə cəlb edəsiniz.

Azərbaycanın rus icmasının üzvləri adından,

Mixail Zabelin

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Azərbaycanın Rus İcmasının sədri”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO