AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRLİYİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Ramiz Rizayev Kosta-Rika Respublikasının Moskvadakı səfiri Plutarko Ernandes Sanço, Səudiyyə Ərəbistanının səfiri Məhəmməd Həsən Əbdülvəli və Qvineya-Bisau Respublikasının səfiri Rojerno Erbert ilə görüşmüşdür.
Səfir Ramiz Rizayevin təşəbbüsü ilə ölkəmizin Rusiyadakı səfirliyinin binasında keçirilmiş görüşdən məqsəd əcnəbi vətəndaşlara tez-tez basqınlar edilməsi və Rusiya cəmiyyətində ksenofobiya əhval-ruhiyyəsinin artması məsələləri ilə bağlı məşvərət keçirmək və Moskvadakı diplomatik korpusun ümumi mövqeyini müəyyənləşdirməkdir.