Azərbaycanın sərbəst güləş millisi Avropa çempionatına Mahaçqalada hazırlaşacaq
Bakı, 21 fevral, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan millisi təlim-məşq toplanışı keçmək üçün Dağıstana yollanıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, Mahaçqalada təşkil olunacaq hazırlıq prosesində yığmanın 19 üzvü iştirak edəcək.
Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 57 kq), Ayxan Abdullazadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Rəşid Babazadə (hamısı 65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov, Fərid Cabbarov, Əşrəf Aşırov (hamısı 86 kq), Osman Nurmaqomedov, Abdulcəlil Şabanov (hər ikisi 92 kq), Maqomedxan Maqomedov, İslam İlyasov (hər ikisi 97 kq) və Vaxit Qalayev (125 kq) təlim-məşq toplanışına cəlb olunub.
Qeyd edək ki, martın 9-dək davam edəcək toplanış qarşıdan gələn U-23 və böyüklərin Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]