AZƏRBAYCANIN SƏRBƏST GÜLƏŞ ÜZRƏ KOMANDASINA SAYPULLA ABSAİDOV RƏHBƏRLİK EDƏCƏKDİR
Bakı, 30 iyul (AZƏRTAC). Azərbaycanın sərbəst güləş üzrə komandasına Moskva Olimpiadasının qalibi Saypulla Absaidov başçılıq edəcəkdir. Onunla birillik müqavilə imzalanmışdır. 68 kq çəki dərəcəsində Olimpiya çempionluğu ilə yanaşı, 1980-ci ildə Avropa çempionu, 1981-ci ildə isə Dünya çempionu və Dünya Kubokunun qalibi olmuş Saypulla Absaidov bu postda Maqomedxan Aratsilovu əvəzləmişdir.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri turnirindən sonra Maqomedxan Aratsilov ailə vəziyyətini əsas gətirərək yığma komandanın baş məşqçisi postundan istefa vermişdir.
Saypulla Absaidovun rəhbərliyi altında Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının ilk ciddi sınağı bu ilin sentyabrında Danimarkanın Herninq şəhərində keçiriləcək dünya çempionatı olacaqdır. Artıq bir neçə gündür ki, sərbəst güləş üzrə yığma komandamız böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Nabranda bərpaedici təlim-məşq toplanışındadır. Sərbəst güləş üzrə yeni baş məşqçi bu gün Nabrana gələrək rəsmən öz vəzifəsinin icrasına başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]