Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın tarixi şansı: ölkənin davamlı inkişafı beynəlxalq təşkilatların gözü ilə

Bakı, 27 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki nitqində demişdir: “Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır.” Dövlətimizin başçısının nitqində vurğulanmış bu həqiqət artıq bir çox beynəlxalq təşkilat və ekspertlər tərəfindən qeyd edilir. Göstərilir ki, Azərbaycan Respublikası uğurla inkişaf etməkdədir və bu inkişafın tempi və istiqaməti ölkəni bir çox sahələrdə dünya və regional liderə çevirmişdir. Müstəqil ekspertlərin və beynəlxalq təşkilatların hazırladığı rəsmi hesabatlardan aydın olur ki, Azərbaycan sürətlə dəyişir və müasirləşir, insanların həyat tərzi durmadan yüksəlir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, bir sıra nüfuzlu beynəlxalq təşkilatların eksperti, akademik Urxan ƏLƏKBƏROVUN AZƏRTAC-ın sifarişi ilə hazırladığı “Azərbaycanın tarixi şansı: ölkənin davamlı inkişafı beynəlxalq təşkilatların gözü ilə” məqaləsi ölkənin qazandığı nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinə həsr edilmişdir. Azərbaycanın uğurlarını səciyyələndirən və məqalədə təqdim olunmuş bir çox məlumatlar beynəlxalq təşkilatların rəsmi hesabatlarına əsaslanır və indiyədək milli mətbuatda az işıqlandırılan məsələləri əhatə edir. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanın inkişafının hazırkı mərhələsinin özəlliyi ondadır ki, son illər xüsusilə intensivləşən və bütün ölkə boyu uğurla həyata keçirilən infrastruktur layihələri, yaradılan yeni sənaye, kənd təsərrüfatı və xidmət müəssisələri ən müasir texnologiyalara əsaslanır. Çox önəmlidir ki, bu innovativ texnologiyaların işlənilməsi və tətbiqi yalnız istehsal və xidmət sahələrini deyil, eyni zamanda, olduqca böyük əhəmiyyət daşıyan planlaşdırma və idarəetmə proseslərini də əhatə edir. Bütün bunların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası, bu istiqamətdə qəbul edilən və həyata keçirilən qərarlar durur. Uzunmüddətli davamlı inkişaf strategiyasının tələblərinə cavab verən insan potensialının formalaşması, ölkənin zəngin təbii ehtiyatlarından olan “qara qızılın” insan kapitalına çevrilməsi, uğurlu tərəqqinin tükənməz mənbəyi olan bu sərvətin formalaşdırılması və səfərbər edilməsi yüksək hədəflərə nail olunmasının əsas amili kimi çıxış edir.

İnnovativ tərəqqinin əsasını təşkil edən insan potensialının inkişafını təmin edən və bu prosesin uğurlu olmasını dünyada qəbul olunmuş standartlara görə, beynəlxalq təşkilatlar üç ən əhəmiyyətli göstəricilərin təhlili əsasında qiymətləndirirlər. BMT, Dünya Bankı, digər beynəlxalq təşkilatlar, nüfuzlu elmi-analitik mərkəzlər bu göstəricilərə, ilk növbədə, əhalinin sağlam və bilikli olmasını aid edirlər və bu iki amili uğurlu inkişafın əsas şərtləri kimi dəyərləndirirlər. Hesab edilir ki, yalnız bu iki istiqamətdə nailiyyətlərə malik olunduğu halda hər hansı bir ölkənin əhalisi üçüncü amil olan uğurlu və davamlı iqtisadi tərəqqiyə və bunların nəticəsi kimi həyat səviyyəsinin yüksək olmasına, sosial problemlərin layiqli səviyyədə həllinə nail ola bilərlər. Azərbaycanda bu siyasətin ardıcıl və məqsədyönlü həyata keçirilməsinin müsbət nəticələri göz qabağındadır. Ölkədə sağlam və yüksək bilik və bacarığa malik olan yeni nəslin formalaşması və eyni zamanda formalaşmış nəslin, o cümlədən dövlət qulluqçuları və müxtəlif səviyyələrdə qərar qəbul edənlərin yenidən hazırlanması, onların fasiləsiz tədris və təlimlərə cəlb edilməsi biliyə əsaslanan inkişaf sahəsində dövlət siyasətinin əsas istiqamətidir. Buna bir misal kimi ölkədə son illərdə minlərlə yeni məktəblərin tikilməsi və yenidən qurulmasını, onların müasir tədris proqramları və avadanlıqla təchiz edilməsini göstərmək olar. Bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində həm dövlət təşkilatları, həm də vətəndaş cəmiyyəti fəal iştirak etməkdədirlər. İctimai birliklər arasında ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən və Ulu Öndərin adını daşıyan Fondun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının inkişafına yönəldilmiş tədbirlər, digər məqsədli layihələr bu istiqamətdə həyata keçirilən fəaliyyətin yalnız bir neçə nümunəsidir. Təhsil ilə bərabər, ölkənin bütün əyalətlərində yaradılmış və fəaliyyət göstərən çoxsaylı olimpiya kompleksləri, stadionlar və digər idman obyektləri, eyni zamanda, tibb sahəsində xəstəxanalarla yanaşı, sağlamlığın qorunması üçün daha böyük əhəmiyyət daşıyan ən müasir diaqnostika və tibbi-profilaktik müəssisələrinin yaradılması və yenidən qurulması ölkədə əhalinin sağlam və bilikli olmasına yönəldilmiş dövlət siyasətinin ardıcıllığının və məqsədyönlülüyünün təzahürüdür. Belə bir şəraitdə son on ildə adam başına ümumi daxili məhsulun üç dəfədən çox artması ölkənin inkişaf strategiyasının nə dərəcədə uğurlu olmasından xəbər verir. Təbiidir ki, nəticədə BMT-nin qiymətləndirilmələrinə görə, Azərbaycan Respublikası artıq 2010-cu ildən insan potensialının inkişafı sahəsində yüksək nəticələr əldə edilmiş ölkələr qrupuna aid olunmuşdur. O zamana qədər Azərbaycan bu istiqamətdə orta nəticələr əldə etmiş ölkələr qrupuna daxil idi.

Ölkədə qazanılmış yüksək nailiyyətlərin əldə edilməsinin təməlində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyaları durur. Bu texnologiyaların tətbiqi nəticəsində Azərbaycan dünyanın ən rəqabətədavamlı, səmərəli və sabit inkişaf edən dövlətlər arasında yer almaqdadır, bundan sonra da keyfiyyətli iqtisadi yüksəlişə nail olmağı və vətəndaşlar üçün daha yüksək həyat standartları təmin etməyi hədəfləyir. Bu məqsədlərə nail olmaq üçün artıq özünəməxsus inkişaf modeli ortaya qoyulub. Həmin model ilk növbədə cəmiyyətin başlıca ideyası - daim yeniləşən intellektual idarəetməyə əsaslanan cəmiyyətin formalaşdırılması ideyasına köklənib. Danılmaz faktdır ki, elmi biliklər gələcəyin açarı, texnologiyalar isə iqtisadi tərəqqinin hərəkətverici qüvvəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin səmərəli dövlət idarəçiliyinin təməlində də məhz elm və texnologiyalar, bilik iqtisadiyyatı, elmtutumlu istehsalın həvəsləndirilməsi, eyni zamanda, rəqabətədavamlı elmi-intellektual insan potensialının inkişaf etdirilməsi, bir sözlə, innovativ modernləşməyə transformasiya amili dayanır. İnkişaf vektorunu təkmilləşdirən, həqiqi “innovativ sıçrayış” gerçəkləşdirən Azərbaycanın ən böyük tarixi şansı sükanı arxasında ölkənin prioritetlərini hər bir zaman kəsiyində düzgün sıralaya bilən, sözügedən “innovativ sıçrayış” üçün vacib vasitə rolunu oynayan dövlət proqramlarını milli səviyyəyə qaldırmağa, onların icrasında vətəndaş cəmiyyətinin və fərdi sektorun fəal iştirakına müvəffəq olan, milli proqramları qlobal maraqlara və ümumbəşəri prioritetlərə uyğun planlaşdıran Prezident İlham Əliyev kimi bir liderin durmasındadır. Belə yanaşma ölkənin qısa müddətdə sürətli inkişafını təmin etmişdir və əldə olunmuş nailiyyətlər artıq bir çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış rəsmi hesabatlarda öz əksini tapmışdır. Prezident İlham Əliyevin özünün də dəfələrlə vurğuladığı kimi, Azərbaycanda sistemli və ardıcıl islahatlar nəticəsində ötən illərdə iqtisadiyyatın və ictimai həyatın bütün sahələrində mühüm məqsədlərə nail olunub, ölkə keyfiyyətcə yeni modernləşmə mərhələsinə qədəm qoyub. Bu mərhələnin başlıca prioritetləri çoxşaxəli, səmərəli və innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılmasıdır.

Azərbaycanın sürətli inkişafında ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq təşkilatların rəsmi məlumatlarına əsasən, 1994-cü ildə « Əsrin müqaviləsi»nin imzalanmasından sonra ölkədə adambaşına düşən ümumi daxili məhsul (ÜDM), alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, 1995-ci ildəki 250 ABŞ dollarından Dünya Bankı tərəfindən dərc edilmiş son məlumatlara görə 10 900 ABŞ dollarınadək artıb və həmin təşkilatın proqnozlarına görə yenə də artmalıdır. Bu, olduqca yüksək göstəricidir və neft sahəsində əldə edilmiş nəticələrə əsaslanaraq iqtisadiyyatda qeyri-neft sektorunun payının daim artmasının parlaq təzahürüdür. Çox önəmlidir ki, bu kəmiyyət artımı keyfiyyət artımı ilə müşayiət olunur. Hazırda modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiyaya yönəlmiş iqtisadiyyat qurur. Ölkədə həyata keçirilən uğurlu iqtisadi şaxələndirmə siyasətinin prioritetləri innovativ məhsulların istehsalı və bu prosesdə bərpaolunan təbii ehtiyatların istifadəsidir.

Müxtəlif beynəlxalq təşkilatların rəsmi hesablamalarına görə, bu gün Azərbaycan bəzi sahələrdə, o cümlədən XXI əsrin əsas prioriteti olan iqtisadi və sosial inkişafın planlaşdırılması və idarə edilməsinin bir sıra istiqamətlərində yüksək nəticələr əldə etmiş, bir sıra Avropa dövlətlərini belə geridə qoyur. Qeyd edildiyi kimi, bu uğurlar dünyanın başlıca prioriteti sayılan çağdaş nəsillərin rifahını təmin edən və gələcək nəsillərin inkişaf imkanlarını məhdudlaşdırmayan davamlı inkişafın planlaşdırılmasına və idarə edilməsinə aiddir. Azərbaycan Respublikasında bu istiqamətə yönəldilmiş dövlət siyasətinin uğurları bir çox beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda da öz əksini tapmışdır.

Məlum olduğu kimi, son on ildə ölkədə ÜDM-nin hər bir vahidinin istehsalı üçün enerji sərfiyyatı sürətlə azalıb. Bu isə davamlı inkişaf, “yaşıl iqtisadiyyat”ın və ekoloji sivilizasiyaya keçidin ən önəmli göstəricilərindən sayılan bərpa olunan və bərpa olunmayan ehtiyatların səmərəli istifadəsindən xəbər verir. Məsələn, BMT tərəfindən təklif edilmiş və bütün dünyada qəbul olunmuş davamlı inkişaf və iqtisadiyyatın şaxələndirilməsi səviyyəsini əks etdirən göstəricilər mövcuddur. Bu göstəricilərdən biri və ən əhəmiyyətlisi enerjinin hər bir vahidinin istifadəsi nəticəsində sənaye, kənd təsərrüfatı və xidmətlər sahəsində istehsal olunan məhsulun dəyəridir. Beynəlxalq təşkilatlar tərəfindən belə göstəricinin seçimi bir tərəfdən təbii ehtiyatların nə dərəcədə səmərəli istifadəsindən xəbər verir. İnkişafda yüksək nəticələr əldə etmiş ölkələrdə bu göstərici, eyni zamanda, idarəetmə və istehsalda innovativ texnologiyaların istifadəsinin indikatorudur. Digər tərəfdən, enerjidən daha az istifadə etməklə daha yüksək iqtisadi nəticənin əldə edilməsi bəşəriyyət üçün başqa prioritet olan, dünya ölkələrinin başçılarının iştirakı ilə keçirilən sammitlərdə müzakirə edilən qlobal iqlim dəyişmələrinin qarşısının alınması üçün çox əhəmiyyətlidir. Beynəlxalq müqayisələrin keçirilməsini təmin etmək, qabaqcıl təcrübənin yayılmasına dəstək vermək məqsədilə beynəlxalq təşkilatlar tərəfindən aparılan təhlillərdə enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin ekvivalenti götürülür, istehsal olunan məhsul və yaxud xidmətin qiyməti isə ABŞ dolları ilə dəyərləndirilir. Enerji ekvivalenti kimi bir kiloqram neftin seçilməsinin bir səbəbi də ondadır ki, bir bareldə təxminən 136 kiloqrama yaxın neft olur, onun kiloqramının qiyməti isə bütün dünyada eyni olur və hər zaman üçün bəllidir. Bu isə beynəlxalq müqayisələr aparmaq üçün olduqca önəmlidir.

Azərbaycan üçün bu göstərici beynəlxalq təşkilatlar tərəfindən hesablanıb. Dünya Bankı tərəfindən yayılan məlumatlara və dərc edilmiş rəsmi hesabatlara əsasən, bizim ölkədə miqdarca hər 1 kiloqram neftdə olan enerjinin istifadəsi nəticəsində 2011-ci ildə dəyəri 7,22 ABŞ dolları olan məhsul istehsal olunub və yaxud xidmət göstərilib. O da qeyd edilməlidir ki, beynəlxalq təşkilatların hesabatları bir qayda olaraq gecikir və bu vəziyyət isə müxtəlif ölkələrin məlumatlarının toplanması və təhlili üçün tələb olunan zaman ilə əlaqədardır. Bu səbəbdən Azərbaycan üçün 2011-ci ili xarakterizə edən rəqəmlər son məlumatlara aiddir və 2013-cü ilin sonunda dərc edilib. Nəzərə alınsa ki, Dünya Bankının rəsmi hesabatlarında Azərbaycan üçün bu rəqəm 2004-cü ildə yalnız 2,26 ABŞ dolları təşkil edirdi, aydın olur ki, ölkədə qısa bir müddətdə bu göstərici 3 dəfədən çox artmışdır (Şəkil 1). Şəkil 1-də müqayisə üçün Azərbaycanla yanaşı, bu göstərici dünya üçün də təqdim edilmişdir. Şəkildən göründüyü kimi, əgər 2004-cü ildə davamlı inkişafın vacib şərti olan bu göstərici bizim ölkədə dünyanın orta göstəricilərindən 2 dəfədən çox geridə idisə, artıq 2009-cu ildə ölkə orta dünya göstəricilərini üstələdi və hazırda bu fərq hər il Azərbaycanın xeyrinə artmaqdadır.

Şəkil 1. Azərbaycan və dünyada miqdarca 1 kq neftdə olan enerji hesabına istehsal edilmiş ÜDM-nin dəyəri, ABŞ dolları və AQP (Alıcılıq qabilliyyəti pariteti) ilə (Mənbə: World Development Indicators & Global Development Finance, Worldbank.org/data, 2013)

Dünya Bankı tərəfindən həyata keçirilmiş təhlillər və onların əsasında hazırlanmış rəsmi hesabatlarda Azərbaycanla yanaşı, dünyanın digər, o cümlədən neft və qaz ixrac edən ölkələrinin də göstəriciləri təqdim olunur. Şəkil 2-də müqayisə üçün davamlı inkişafı səciyyələndirən bu göstəricinin təhlili ayrıca 2003-cü və 2011-ci illər üçün təqdim olunmuşdur.

Şəkil 2. Neft və qaz ixrac edən ölkələrdə miqdarca 1 kq neftdə olan enerji hesabına istehsal olunmuş ÜDM-nin dəyəri, ABŞ dolları və AQP (Alıcılıq qabilliyyəti pariteti) ilə (Mənbə:http://search.worldbank.org/data?qterm=GDP+per+unit+of+energy+use&language=EN&format=)

Dünya Bankının məlumatlarına əsasən tərtib edilmiş bu şəkildən aydın olur ki, 2003-cü ildə Azərbaycan Republikası enerjinin davamlı inkişaf naminə səmərəli istifadəsi sahəsində müqayisə edilən ölkələr arasında sondan ikinci yeri tuturdu və o zaman bu göstəriciyə görə bizim ölkədən geridə yalnız Türkmənistan yer almışdı. Hazırda dərc olunmuş 2011-ci ilə aid məlumatlara görə isə Azərbaycan siyahının sondan ikinci yerindən siyahının başdan ikinci yerinə sıçramışdır. İndi Azərbaycanda bu istiqamətdə əldə edilmiş nailiyyət əksər neft və qaz ixrac edən ölkələrin göstəricilərindən daha yüksəkdir. Sözügedən göstəriciyə görə, ölkəmiz yalnız Norveçdən geri qalır. Bu ölkədə hər 1 kiloqram neftdə olan enerji miqdarının istifadəsi nəticəsində istehsal olunmuş məhsul və xidmətlərin dəyəri 10,0 ABŞ dolları təşkil edir.

Bu məlumatlar göstərir ki, Azərbaycan davamlı inkişaf istiqamətində inamla irəliləməkdədir. Enerji istifadəsinin səmərəliliyi 2003-cü illə müqayisədə 2011-ci ildə 3 dəfədən çox artmışdır. Göstərilən dinamikanı nəzərə alaraq tam inamla qeyd etmək olar ki, Azərbaycanda enerji səmərəliliyi və davamlı inkişaf prinsiplərinin həyata keçirilməsi istiqamətində daha yüksək nailiyyətlər qazanılmışdir.

Davamlı inkişaf sahəsində uğurlu idarəetmənin digər bir göstəricisi də beynəlxalq təşkilatlar tərəfindən geniş tədqiq edilməkdədir. Bu göstərici ÜDM-də hər bir min ABŞ dollar dəyəri olan məhsul və ya xidmətin istehsalına sərf edilmiş enerjinin miqdarıdır. Mahiyyətcə eyni məna daşıyan bu göstərici ÜDM-nin artması şəraitində innovativ inkişafın nə dərəcədə təmin olunmasından xəbər verir. Cədvəldə bu göstərici Xəzəryanı ölkələr üçün dəyərləndirilmişdir. Müqayisələr iki dövrü əhatə edir: 2000-ci və 2010-cu illəri. Cədvəldən görünür ki, bu göstəriciyə əsasən, Azərbaycan 2010-cu ildə Xəzəryanı dövlətlər arasında davamlı inkişafın bu göstəricisinə görə şərtsiz liderliyə nail olub və bu liderliyi saxlamaqdadır. O da qeyd edilməlidir ki, 2000-ci ildə Azərbaycanda bu göstərici əksər Xəzəryanı ölkələrdən geridə idi. O zaman Azərbaycan davamlı inkişafın bu ən əhəmiyyətli göstəricisinə görə yalnız Türkmənistandan irəlidə idi. Cədvəldə təqdim olunmuş məlumatlar 2010-cu il ilə məhdudlaşsa da, BMT-nin və Dünya Bankının son məlumatlarını əhatə edir və 2013-cü il 1 iyul tarixinə olan vəziyyəti səciyyələndirir. O da qeyd edilməlidir ki, müqayisə edilən bütün Xəzəryanı ölkələr neft və qaz ixracçıları kimi məlumdurlar və bu məhsulların qiymətlərinin dünya bazarında dəyişməsi bütün bu ölkələrə təxminən eyni dərəcədə təsir edir.

Cədvəl. Xəzəryanı ölkələrdə 2000-ci və 2010-cu illərdə dəyəri 1000 ABŞ dolları olan ÜDM-nin istehsalına sərf edilən enerji (neft ekvivalenti, kq, məlumat 1 iyul 2013 ilə aiddir)

  

 Ölkə

 2000-ci il

 2010-cu il

Səmərəliyin artımı, %

 Azərbaycan Respublikası

570

147

387

 İran İslam Respublikası

251

278

-

 Qazaxıstan

443

421

105

 Rusiya Federasiyası

491

348

141

 Türkmənistan

808

575

140

Mənbə: mdgs.un.org/unsd/mdg/SeriesDetail.aspx?srid=648

Cədvəldən göründüyü kimi, on il ərzində Azərbaycanda enerji istifadəsinin səməriliyi 3,5 dəfədən çox artmışdır. Bu artım tempi regionun heç bir ölkəsində müşahidə edilməmişdir. Azərbaycandan sonra göstərilən istiqamətdə ən böyük irəliləyişə Rusiya Federasiyası və Türkmənistan nail olmuşlar ki, bu ölkələrdə artım tempi, müvafiq olaraq, 141 və 140 faiz təşkil etmişdir. Azərbaycanda isə Dünya Bankının qiymətləndirmələrinə görə, bu rəqəm 387 faiz təşkil etmişdir.

Ölkədə həyata keçirilən siyasətin sosialyönümlü olması Prezident İlham Əliyev tərəfindən hər zaman qeyd edilməkdədir. Ölkənin artan iqtisadi imkanları sosial siyasətin güclənməsinə yönəldilir. Əhalinin rifahının artması göz qabağındadır və öz əksini əmək haqlarının, ev təsərrüfatlarının gəlirlərinin, pensiyaların və digər müavinətlərin artmasında tapmışdır. Yoxsulluğun 49 faizdən 5,3 faizə enməsi də bu siyasətin nə dərəcədə uğurlu olmasından xəbər verir. Bununla yanaşı, bizim elmi və dövri mətbuatda az müzakirə edilən, lakin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapan Azərbaycanın uğurlu sosial siyasətə aid digər məlumatları da təqdim olunmaqdadır. Buna misal olaraq, ölkədə uğurlu sosial inkişafa yönəldilmiş siyasətdən xəbər verən digər bir indikator kimi «kvintil gəlir əmsalını» göstərmək olar. Kvintil gəliri hər hansı bir ölkə və ya ərazinin əhalisinin beşdə birinin (20%) gəlirlərini səciyyələndirir. Qruplar üzrə göstəricilər alınarkən əhalinin adambaşına sərəncamda qalan gəlirləri artan qaydada düzülərək saya görə 5 bərabər 20 faizlik qrup yaradılır. Bu zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olanlar düşür. Sonra isə 20 faiz ən zəngin qrupda orta adambaşı gəlirin 20 faiz ən aşağı gəlirləri olanların orta gəlirin neçə dəfə üstələdiyi müəyyən edilir. Hesab olunur ki, arada qalan 60 faiz əhalinin gəliri orta kimi səciyyələndirilə bilər. Ən zəngin və ən aşağı gəlirləri olan 20 faiz əhalinin orta gəlirləri arasında nisbət nə dərəcədə az olarsa, bu, ölkənin iqtisadi imkanları ilə yanaşı, sosial siyasətin yüksək səviyyədə olmasından xəbər verir. Şəkil 3-də BMT tərəfindən 2013-cü ildə dərc edilmiş məlumatlar təqdim edilmişdir. Şəkildən aydın olur ki, hazırda dünyada kvintil əmsalının ən aşağı göstəriciləri, yəni sosial baxımdan ən uğurlu siyasət Şimali Avropanın bir sıra ölkələrində müşahidə edilməkdədir. Bu ölkələrə Norvec, Finlandiya və İsveç aiddir ki, bunlarda kvintil əmsalı 3 ilə 4 arasındadır. Bu o deməkdir ki, bu ölkələrin 20 faiz ən zəngin təbəqəsinin nümayəndələrinin orta adambaşı gəliri 20 faiz ən aşağı gəlirləri olan təbəqənin orta gəlirindən yalnız 3-4 dəfə çoxdur. BMT-nin həmin hesabatda dərc etdiyi məlumatlara görə, Azərbaycanda bu rəqəm 5,3 təşkil edir və ölkədə güclü sosial siyasətin olmasından xəbər verir. Bu istiqamətdə Azərbaycan göstərilən Şimali Avropa ölkələrindən geridədirsə, eyni zamanda, bir sıra digər inkişaf etmiş ölkələri üstələyir (Şəkil 3). Bu ölkələr arasında Avropa ölkələrini (İtaliya, İspaniya, Yunanıstan və s.), bəzi MDB üzvlərini, İsraili, ABŞ-ı göstərmək olar. Ən yoxsul və ən varlı kvintilin gəlirlərinin nisbətinə görə, Azərbaycan şəkildən də göründüyü kimi, əhalinin həyat səviyyəsinin yüksək olduğu ölkələrlə rəqabətə girə biləcək durumdadır.

Şəkil 3. Müxtəlif ölkələrdə kvintil gəlirinin əmsalı (Mənbə: Human Development Report, New York, UNDP, 2013)

Ölkə daxilində gəlirlərin ədalətli bölünməsi səviyyəsi və davamlı inkişafın tələblərinə cavab verməsi digər üsullarla qiymətləndirilə bilər. Bu üsullardan biri və geniş istifadə ediləni Cini Əmsalının hesablanmasına əsaslanır. Cini Əmsalı ölkə daxilində gəlirlərin ayrı-ayrı şəxslər, yaxud ev təsərrüfatları arasında ədalətli paylanmasını xarakterizə edir. Bu əmsalın qiyməti 0 (tam bərabərlik) - 100 arasında (kəskin qeyri-bərabərlik) dəyişə bilər. Cini Əmsalının qiyməti nəzəri baxımdan mümkün olan tam bərabərlik göstəriciləri ilə gəlirlərin faktiki müşahidə edilən paylanması əsasında müəyyən edilir. BMT-nin beynəlxalq ekspertlər tərəfindən hazırlanmış və 2013-cü ilə aid olan hesabatında Azərbaycan Respublikasında Cini Əmsalının qiyməti 33,7 göstərilmişdir. Müstəqilliyini təxminən 22 il öncə bərpa etmiş ölkə üçün bu, kifayət dərəcədə yüksək göstəricidir. Azərbaycanda Cini Əmsalının dəyəri İtaliya (36,0), İspaniya (34,7), İsrail (39,2), Türkiyə (39,0), Yunanıstan (34,3) və bir sıra inkişaf etmiş ölkələrdə müşahidə edilən rəqəmlərə yaxındır (Mənbə: http://www.undp.org/content/dam/philippines/docs/HDR/HDR2013%20Report%20English.pdf). Lakin Azərbaycanın bu rəqəmi daha da azaltmaq və gəlirlərin paylanması göstəricilərinə görə dünyanın ən qabaqcıl ölkələri sırasına çıxmaq üçün real imkanları mövcuddur. Regionların və qeyri-neft sektorunun inkişafına yönəldilmiş proqramlar, ölkədə əmək haqlarının, təqaüd və müxtəlif müavinətlərin mütəmadi artırılması bu məqsədə xidmət edir.

Dövlətin gələcək uğur və inkişaf perspektivləri, qazanılmış nailiyyətlərin davamlı olması, ilk növbədə, onu yönləndirəcək yeni idarəetmə paradiqmasına, müasir sosial reallıqlara cavab verən kadrların yetişdirilməsinə bağlıdır. Həmin kadrlar həyatda və idarəetmədə köklü dəyişikliklərə hazır olmalı, bir çox hallarda dəyişiklikləri qabaqlamalı, bir növ “dəyişikliklərin bələdçisi” rolunda çıxış etməlidirlər. Bu gerçəkliklərin fonunda Azərbaycanda idarəetmə ixtisaslarına marağın böyük olması əlbəttə, müsbət fakt kimi dəyərləndirilməlidir. Çünki, məhz maraq və tələbatın yüksək olması göstərilən ixtisaslara ən yaxşılarının qəbulu ilə nəticələnir. Məsələn, 2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müvafiq ixtisaslarına qəbul olunan tələbələrin 9,3 faizi Prezident təqaüdçüləridir. Bu, respublika üzrə uyğun göstəricidən (0,3%) 31 dəfə çoxdur. Göründüyü kimi, Azərbaycanın “innovativ sıçrayış” üçün zəmin hazırlayacaq potensialı vardır. Onların formalaşması, həm də həyatdan dərs almaları üçün Prezident İlham Əliyevin timsalında həqiqi lider və gələcəyi proqnozlaşdıran, yönləndirən əsl rəhbər örnəyi də vardır. Bu da Azərbaycanı 2020-ci ildən sonrakı hədəflərə çatdıracaq idarəetmə kadrlarının tarixi şansı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın sabahı naminə bu şansı dəyərləndirmək zəruridir.

Urxan Ələkbərov

akademik, Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb