Azərbaycanın torpaqşünas alimlərinin məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycanın torpaqşünas alimlərinin “Yaxın və infraqırmızı spektroskopiya vasitəsilə torpaqda üzvi karbonun miqdarının proqnozu (Kür-Araz ovalığı timsalında)” sərlövhəli məqaləsi ABŞ-ın “Communications in Soil Science and Plant Analysis” jurnalında dərc olunub.
Məqalənin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdirləri - akademik Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü Amin İsmayılov, müəssisənin böyük elmi işçiləri - aqrar elmlər üzrə fəlsəfə doktorları Fikrət Feyziyev və Elton Məmmədovdur.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqalə dünya torpaqşünaslığının aktual problemlərindən biri olan torpaqda üzvi karbonun miqdarının yaxın və infraqırmızı spektroskopiya vasitəsilə tədqiqinə həsr edilib.
Qeyd edək ki, jurnal bir çox beynəlxalq elmi bazalarda indeksləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]