AZƏRBAYCANIN VƏ ABŞ-IN ƏN GÜCLÜ SƏRBƏST GÜLƏŞÇİLƏRİ ARASINDA YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Bakı 18 iyul (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” turniri çərçivəsində Azərbaycanın və ABŞ-ın sərbəst güləş üzrə yığmaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
Görüşdə ölkəmizi müxtəlif beynəlxalq yarışlarda mükafatlar qazanmış 7 ən tanınmış pəhləvan təmsil etmişdir.
Gərgin keçən qarşılaşmalarda Azərbaycan güləşçiləri Cəbrayıl Həsənov (66 kq), Camsulvara Camsulvarayev (74 kq), Navruz Temrezov (84 kq) və Ketaq Qazyumov (96 kq) qələbə qazanmışlar. Digər üç çəki dərəcəsində isə ABŞ pəhləvanları qalib gəlmişlər.
Qaliblərə pul mükafatı və hədiyyələr təqdim edilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]