Azərbaycanın xarici işlər naziri 16-cı Doha Qlobal Forumunda iştirak edəcək
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumunda iştirak etmək üçün mayın 21-də Qətərə səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Forum çərçivəsində Elmar Məmmədyarovun “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada çıxışı nəzərdə tutulub.