AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİNİN ABŞ-A SƏFƏRİ
Sentyabrın 25-də E.Məmmədyarov əvvəlcə GUAM-ın üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmişdir. Daha sonra GUAM-ABŞ görüşü keçirilmişdir. Həmin görüşdə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirləri və ABŞ Dövlət Departamentinin GUAM təşkilatı üzrə əlaqələndiricisi Devid Kreymir iştirak edirdi. Hər iki görüşdə BMT Baş Məclisi 61-ci sessiyasının gündəliyinə çıxarılan GUAM ərazisində davam edən münaqişələr və onların beynəlxalq sülh və təhlükəsizliyə təsiri məsələsi barədə müzakirələrə dair fikir mübadiləsi aparılmışdır.
Həmin gün E.Məmmədyarov İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin əlaqələndirmə görüşündə iştirak etmişdir. Azərbaycan həmin görüşdə sədrlik etmişdir.
Nazir həmin gün Nepal, Suriya və İordaniyadan olan həmkarları ilə danışıqlar aparacaq, Nyu-York vaxtı ilə təxminən saat 18.00-da Baş Məclisin 61-ci sessiyasının ümumi müzakirələrində bəyanatla çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
- 16.10.2026 [11:30]