Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar daxili siyasətin hədəflərinə nail olmaq üçün əla fondur

Bakı, 18 iyul, Pərvanə Qarayeva, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü cari ilin birinci yarısında Vətənimizin inkişafının yekunlarına həsr edilmiş müşavirədə geniş nitqlə çıxış edib. Prezident dövlətimizin beynəlxalq arenada rolunun artmasının və fəallığın güclənməsini vurğulayıb. Bu ilin ilk altı ayı həqiqətən yeni uğurlarla əlamətdar olub, bu uğurlar ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirib.

AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatı çərçivəsində aparılan işlər bu il Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biridir. 1961-ci ildə yaradılmış və öz sıralarında 120 dövləti birləşdirən bu təşkilatda Bakının sədrlik müddəti bu yaxınlarda təşkilata üzv dövlətlərin yekdil qərarı ilə 2023-cü ilə qədər uzadılıb. Bu fakt dünya birliyində hər hansı hərbi bloklara qoşulmağı arzu etməyən ölkələr arasında Azərbaycan dövlətinin nüfuzuna dəlalət edir.

Azərbaycanın sədrlik müddətinin uzadılması üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatında ölkəmizə göstərilən etimadın sübutudur. Bu fakt bizə göstərilən etimadla yanaşı, dövlətimizin üzərinə bu təşkilatın taleyinə görə müəyyən məsuliyyət qoyur. Açıq deyək, Bakı bu vəzifənin öhdəsindən şərəflə gəlir.

Azərbaycan həqiqətən çox fəal sədrlik edir, onun liderliyi üçün ayrılmış müddətdən maksimum səmərə ilə istifadə etməyə çalışır. Qoşulmama Hərəkatının parlament şəbəkəsinin bu yaxınlarda Bakıda keçirilmiş birinci forumu hamımızın yadındadır. Əslində bu şəbəkə həmin forumda yaradılıb. Yeni qurum özünün ilk təsis forumunda bu platformanın böyük potensiala malik olduğunu nümayiş etdirib. Həmin platforma həm də ona görə vacibdir ki, onun vasitəsilə Azərbaycanın milli maraqlarına uyğun olan və beynəlxalq hüququn aliliyini əks etdirən qətnamələr qəbul etmək olar. Ona görə də indi dövlətimizin qarşısında yeni vəzifə durur - yeni köməkçi strukturlar vasitəsilə Hərəkata təzə nəfəs vermək.

Bakı buna nail olur və durmadan yeni ideyalar irəli sürür. Məsələn, Qoşulmama Hərəkatı çərçivəsində onun Gənclər Platforması daha bir yeni qurum olacaq. Prezident həmin platformanın yaradılacağını elan edib. Tezliklə ölkəmizdə gənclər forumu keçiriləcək və həmin forumda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaq.

Beləliklə, bu hərəkatda dövlətimizin sədrliyi onun beynəlxalq imicinin möhkəmlənməsini nümayiş etdirir və bizə göstərilən yüksək etimadı əks etdirir. Bu da təsadüfi deyil, çünki Azərbaycan həmişə öz sözünün sahibi olub və yenə belədir.

Qoşulmama Hərəkatında sədrlik çərçivəsində nümayiş etdirilən parlaq uğurlarla yanaşı Vətənimiz özünün xarici siyasi fəaliyyətinin digər istiqamətlərində də alqışlanmağa layiqdir. Bu ilin birinci yarısında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha ölkəmizə səfər edib. Ali qonaq Şuşanı və Füzulini ziyarət edib, orada ermənilər tərəfindən dağıdılmış və murdarlanmış məscidləri öz gözü ilə görüb. Erməni vandalizminin və barbarlığının izlərinin bütün dünyaya göstərilməsi bundan sonra da davam edəcək. Dünya özünü “mədəni”, “qurucu”, “sivil” xalq kimi göstərməyə çalışanların əsl üzünü görməlidir.

Türk dövlətlərinin əməkdaşlığı həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əsasda genişlənir. Bu istiqamət bizim milli diplomatiyanın prioritet istiqamətidir. Prezident öz çıxışında təkcə bu il ərzində Türkiyə Prezidenti Ərdoğanla üç görüşünü, aprel ayında qırğızıstanlı həmkarı Sadır Japarovun Bakıya səfəri zamanı onunla görüşlərini, özünün Özbəkistana və Türkmənistana səfərlərini, bu iki qardaş dövlətin rəhbərləri Şavkat Mirziyoyev və Sərdar Berdiməhəmmədovla görüşlərini, həmçinin gələn ay Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfərinin hazırlanması barədə xatırladıb.

Qonşularımız da kənarda qalmayıb. Türkiyə Prezidenti ilə yuxarıda qeyd edilən üç görüşdən əlavə İlham Əliyevin bütün başqa qonşu ölkələrin - Rusiya, Gürcüstan, İran və Ermənistanın rəhbərləri ilə görüşləri olub, Qazaxıstan Prezidentinin Bakıya səfərindən sonra isə bütün beş Xəzəryanı dövlətin rəhbərləri ilə görüşlərin baş tutması barədə də danışmağa əsas olacaq. Bunlar sadəcə statistika deyil. Bu dinamik xarici siyasətin əsasını təşkil edən ən başlıca elementlər regionda münaqişədən sonrakı dövrdə inkişaf, energetika, nəqliyyat və mədəni əlaqələr məsələləridir.

Yeri gəlmişkən, energetika barədə. Bazar ertəsi Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri gözlənilir. Səfər çərçivəsində Avropa İttifaqının energetika sektorunu Azərbaycanla daha sıx bağlayan, sözün həqiqi mənasında tarixi sənəd imzalanacaq. Bundan əlavə, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefon söhbətləri öz yerində, onunla Brüsseldə üzbəüz danışıqları da ayrıca qeyd etmək lazımdır. Həmin danışıqlarda regionda münaqişədən sonrakı proseslərə aid məsələlər barədə Aİ ilə Azərbaycan arasında böyük sazişin müzakirəsinin tamamlanması və imzalanmasının yaxınlaşması mövzusuna da toxunulub. Məlumdur ki, həmin sazişin bəndlərinin çox hissəsi artıq razılaşdırılıb, lap cüzi məqamlar qalıb. Çox ehtimal ki, həmin saziş bu il imzalana bilər.

Nəhayət, okeanın o tayındakı tərəfdaşlarımızla davam edən əlaqələri də qeyd etməliyik. Bu il İlham Əliyev Prezident Co Baydendən iki dəfə məktub alıb. Bu fakt da Vaşinqtonun Bakı ilə əməkdaşlığa marağının artmasından xəbər verir.

Beləliklə, inamla demək olar ki, bu yarımillikdə böyük uğurlar qazanılıb. Bütün istiqamətlərdə irəliləyiş müşahidə olunur. Bu, bizim siyasi kursumuzun açıq və şəffaf olmasının, Azərbaycanın verdiyi vədlərə və öz üzərinə götürdüyü öhdəliklərə vicdanla və etibarlı şəkildə əməl etməsinin nəticəsidir. Ona görə də ölkəmiz bütün dünyada hörmət qazanıb. Dünya miqyaslı bütün aktorlarla sabit əlaqələr və münasibətlər sayəsində daxili məsələlərə, ilk növbədə uzunmüddətli erməni işğalından azad edilmiş ərazilərin bərpasına daha artıq diqqət yetirmək üçün əlverişli beynəlxalq şərait yaradılıb.

Bu gün Azərbaycan qarşıya qoyulmuş hədəflərə doğru inamla irəliləyir. Bu hədəflərin çoxuna nail olmuşuq, qalanlara da eyni dərəcədə zəfərlə nail olacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ

Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb

Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb

Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib

Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb

Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb

“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib

Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb

® “Azercell”in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub

Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir - ŞƏRH

İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

İkinci rübdə Gürcüstana dəmir yolu ilə idxal olunan yüklərin 22,7 faizi Azərbaycanın payına düşüb

Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO

“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

® ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır

Dördüncü ixtisas qrupunda 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Monako” Poqba ilə yollarını ayırıb

Ekspert: Neftin qiymətinin 90 dollardan yuxarı qalxması Azərbaycan üçün həm fürsət, həm də xəbərdarlıqdır

Cəlilabadda sükan arxasında ürəktutma keçirən sürücü ölüb

Toqoda saxlanılan iki fransız vətəndaşı ilə bağlı Parisdən açıqlama

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

Türkiyə diasporu ABŞ Konqresindən F-35 sanksiyalarının aradan qaldırılmasını istəyib

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir? - Ali Məhkəmədən izah

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar VİDEO

Cahangir Həsənzadə: Rəqib təcrübəlidir, amma "Sabah" səfərdən ən azı heç-heçə ilə qayıda bilər

Bu saata olan əsas xəbərlər

ASAN könüllülərinin “Bilik karvanı” aksiyası davam edir

Türkiyə XİN humanitar yardım işçilərinin qorunmasına çağırıb

Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik VİDEO

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik VİDEO

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO

Ufa şəhərinə PUA hücumu nəticəsində Hindistandan olan tələbə xəsarət alıb

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

İran iki fransız diplomatı “persona non grata” elan edib

Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Lənkəranda gənclərə rəqəmsal mühitdəki gizli narkotik riskləri izah olunub

Süni intellekt yeni biznes ideyalarının yaranmasına necə təsir göstərir? - AÇIQLAMA

Naxçıvan gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzinə çevriləcək ŞƏRH

Milli Kitabxanada Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Sabahdan Türkiyədə “TEKNOFEST Mavi Vətən” Festivalı işə başlayır

Özbəkistan və Azərbaycan pediatrları arasında əməkdaşlıq genişlənir

Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq YENİLƏNİB

Daşkəndin “Çorsu” bazarı: ədviyyat, təndir çörəyi və Şərq qonaqpərvərliyi - REPORTAJ

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub

® Qarğıdalı sahələrinin sığortası başa çatır – Son 3 gün! – Şərtlər, Məbləğlər

Dünya ikincisi olan güləşçi: Kiçik səhv ucbatından çempionluğu əldən verdim

Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

Britaniyada inflyasiya 2,9 faizə yüksəlib

® “SİMA İmza” “AFB Bank”ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır