Azərbaycanla İran arasında iqlim dəyişmələri üzrə birgə elmi araşdırmaların inkişaf etdirilməsi müzakirə olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Hidrometeorologiya Xidmətində görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, görüşdə xidmətin fəaliyyət istiqamətləri, hidrometeoroloji şəbəkənin modernləşdirilməsi üzrə əldə edilmiş nailiyyətlər, işğaldan azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidələrin bərpası istiqamətində görülən işlər barədə məlumat verilib.
Eyni zamanda, Azərbaycanın İranla həmsərhəd bölgələrində hidroloji, meteoroloji və digər müşahidə məlumatlarının mübadiləsinin mümkünlüyü, iqlim dəyişmələri üzrə birgə elmi araşdırmaların inkişaf etdirilməsi və əməkdaşlığın perspektivləri sahəsində fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar Milli Hidrometeorologiya Xidmətinin nəzdində fəaliyyət göstərən Situasiya Mərkəzinin işi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]