AZƏRBAYCANLI CÜDOÇULAR YEREVANA GEDƏCƏKLƏR
Bakı, 14 avqust (AZƏRTAC). Azərbaycan sentyabrın 10-dan 14-dək Ermənistanda keçiriləcək cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak etmək üçün sifariş vermişdir. Respublika Cüdo Federasiyasının baş katibi Zair Məmmədov bildirmişdir ki, sifarişdə nümayəndə heyətinin 14 üzvünün adı göstərilmişdir. Onlardan 4 nəfəri məşqçi, biri hakim, biri isə nümayəndə heyətinin rəhbəridir. Azərbaycan Cüdo Federasiyası səkkiz çəki dərəcəsinin hərəsində bir idmançını təqdim etmişdir.
Avropa çempionatında Azərbaycan nümayəndə heyətinin rəhbəri Zair Məmmədov olacaqdır. Çempionata məşqçilərdən Rəşad Məmmədov, Fərhad Məmmədov, Rəşad Həsənov və Azər Şıxəliyev, hakimlərdən Valeh Məhərrəmov gedəcəklər.
Ölkəmizin yığma komandasına aşağıdakı idmançılar daxil edilmişdir: İlqar Müşkiyev (55 kq), Rasim Sədullayev (60 kq), Fəğan Eminoğlu (66 kq), Orxan Dünyamalıyev (73 kq), Ramin Qurbanov (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Nadir Babayev (100 kq-dan çox).
Azərbaycanın təqdim etdiyi sifariş qəti olsa da, gələcəkdə ona bəzi dəyişikliklər ediləcəyi istisna olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]