Azərbaycanlı dizaynerin müəllifi olduğu avtomobil Los-Ancelesdə nümayiş edilib
Bakı, 17 dekabr, AZƏRTAC
Hazırda üzərində çalışdığım layihə “Genesis” brendi ilə bağlıdır. Uzun zamandır “X” konsept adlı layihə üzərində işlər icra edirdim. Layihənin 2 avtomobil modeli artıq hazırlanıb, buraya “X coupe” ve “Speedium Coupe” modelləri aiddir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin marşalı, məşhur avtomobil dizayneri Samir Sadıxov deyib.
Bildirib ki, onları təqdim etdikdən sonra dizayn direktorumuz modelin üstü açıq versiyasını hazırlamağımı istədi. Bununla da iyul və avqust aylarını yeni dizayn üzərində işlər həyata keçirmək üçün sərf etdim. Rekord dərəcədə qısa zamanda avtomobili dizayn edib, prototipini hazırladıq. Qərara gəldik ki, Los-Anceles bu layihəni təqdim etmək üçün ideal şəhərdir - görkəmli, maraqlı, cəlbedici. Məhz buna görə noyabrda baş tutan “LA avto sərgisi”ndə dizayn müəllifi olduğum avtomobilin təqdimatı həyata keçirildi. Nəticədən son dərəcədə məmnunuq. Ümid edirəm ki, onu bir gün öz yollarımızda görərəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]