Azərbaycanlı hakim “Munisipal”–“Lozanna” voleybol oyununda ədaləti qoruyacaq
Bakı, 7 dekabr, AZƏRTAC
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz kişi komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Munisipal” (Rumıniya) - “Lozanna” (İsveçrə) matçında ədaləti qoruyacaq.
F.Axundov Rumıniyanın Zalau şəhərində keçiriləcək qarşılaşmada ikinci hakim funksiyasını yerinə yetirəcək. Oyunun əsas referisi yunanıstanlı Aleksandros Milonakis təyin edilib. Görüş dekabrın 16-da keçiriləcək.
Qeyd edək ki, komandalar arasında ilk matçda Rumıniya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]