Azərbaycanlı kikboksçu beynəlxalq turnirdə qələbə qazanıb
Bakı, 29 fevral, AZƏRTAC
Oryolda kikboksinq üzrə beynəlxalq ACB turniri keçirilib. Yarışlarda azərbaycanlı döyüşçülər Alim Nəbiyev və Söhrab Əzimov da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, ASB KB-5 turnirinə Azərbaycan, Hollandiya, Mərakeş, Böyük Britaniya, Surinam, Belçika, Ukrayna və Rusiyadan ən yaxşı döyüşçülər, o cümlədən dünya və Avropa çempionları qatılıb.
Alim Nəbiyevin ilk rəqibi britaniyalı Ceymi Beyts olub. 77 kiloqram çəki dərəcəsində döyüş bərabər şəraitdə keçib, lakin üçüncü raundda azərbaycanlı kikboksçu üstünlük qazanıb. Hakimlərin ümumi rəyi ilə qələbə ona verilib. Söhrab Əzimov isə 61 kiloqram çəki dərəcəsində rusiyalı Timur Nadirova uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]