“AZERCELL”-İN YENİ MÜŞTƏRİ XİDMƏTLƏRİ MƏRKƏZİ AÇILMIŞDIR
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, yeni xidmət mərkəzi paytaxtın B.Bağırova küçəsi, 2 ünvanında yerləşir. Mərkəz abonentlərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün və ən müasir avadanlıqla təmin olunmuşdur.
Qeyd edək ki, “Azercell Telekom” BM-in yeni müştəri xidmətləri mərkəzi sayca üçüncüdür. Fəvvarələr meydanında yerləşən birinci mərkəz gündə orta hesabla 700-800 abonentə xidmət göstərir. Kampaniyalar zamanı isə mərkəzə gün ərzində müraciət edənlərin sayı 1000-dən çox olur.
Müştəri xidmətləri mərkəzləri ilə yanaşı, “Azercell Telekom” abonentləri üçün Bakıda 5, respublikanın müxtəlif regionlarında isə 6 “Azercell Ekspress” ofisi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]