“Azərenerji” Bakının enerji etibarlılığını gücləndirmək üçün yeni xətt çəkir
Bakı, 1 aprel, AZƏRTAC
“Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığını və dayanıqlılığını daha da gücləndirmək məqsədilə Şirvan şəhərində yerləşən “Cənub” elektrik stansiyasından “Xırdalan” yarımstansiyasına 220 kilovoltluq yüksəkgərginlikli yeni elektrik veriliş xətti çəkir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni xəttin çəkilməsi enerji sisteminin etibarlılığını artırmaqla yanaşı, həm də şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranacağı təqdirdə yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yarada biləcək. Yeni xətt istifadəyə verildikdən sonra digər yüksəkgərginlikli xətləri açıb, onların üzərində təmir-bərpa işləri aparmaq da asanlaşacaq.
Şirvandan Xırdalana 108 kilometr məsafədə çəkilən 220 kilovoltluq yüksəkgərginlikli elektrik veriliş xətti üzrə 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 kilometr istisna olmaqla naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]